19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qara Qarayev: “İnter”in belə oynayacağını gözləyirdik”

Bu gün Topaz Premyer Liqasında XX tura yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, günün ilk oyununda “Qarabağ” doğma meydanda “İnter”ə 0:1 hesabı ilə uduzub. “Azərsun Arena”dakı matçdan sonra ev sahibi komandanın yarımmüdafiəçisi Qara Qarayev  əməkdaşımızın da suallarını cavablandırıb:
 
- İlk hissə yaxşı imkanlarımız oldu, vura bilmədik. 
 
- “Qarabağ” son oyunlarda “dişsiz” oyun sərgiləyir. Bunun səbəbi nədir?
- Son turlarda aparıcı oyunçularımızı itirmişik. Özünüz də Gördünüz ki, iki gün qalmış Dinonu itirdik. Bu da, istər-istəməz, ön xəttə problemlər yarada bilərdi. Uşaqlar oynadı, amma biz də bilirdik ki, “İnter”ə qol vurmaq həqiqətən də çətin olacaq. 
 
- Reynaldonun yeri görünür?
- O haqda çox sual verirlər. Amma Reynaldo artıq komandadan gedib. 
 
- “Qəbələ”yə məğlub olmağınız sizə mənfi təsir etdi?
- Düşünmürəm ki, motivasiya olunmağımıza mane törətsin.  Hazırlaşmışdıq ki, bu oyunda xal qazanıb, 1-ci pilləyə yüksələk. Amma alınmadı. “İnter”in belə futbol oynayacağını gözləyirdik.
 
- Azarkeşlərin komandanıza etirazı vardı. Orada nə baş verdi?
- Söymürdülər. Sözsüz ki, tələbkarlıqları var. Qalib gəlməyimizi, ilk pilləyə yüksəlməyimizi istəyirdilər. Bu, normaldır. Azarkeşlərimizə də hörmətlə yanaşırıq. Ancaq ifrata varmaq lazım deyil. Nəticədə biz onların futbolçularıyıq, onlara qulluq edirik və nəticədən aslı olamayaraq, bizi dəstəkləməlidirlər. Elə vəziyyət yaranıb ki, sanki, çempionat bitib. Sona hələ 8 tur qalıb. Düşünürəm ki, hələ qarşıda böyük və çətin marafon var. Onların dəstəyi bizə sona qədər lazımdır. Düşünürəm ki, bizi növbəti oyunlara daha yaxşı dəstəkləməlidirlər.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30