25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Kvekveskiri: “Mәnə verilәn qırmızı vәrәqә milyon faiz yanlış idi”

Bu gün Topaz Premyer Liqasında XX tura yekun vurulur. Futbolxeber.az-ın məlumatına görə, günün ilk oyununda “Kəpəz” doğma meydanda “Qəbələ” ilə 1:1 bərabərə qalıb.
 
Qonaq komandanın qırmızı vərəqə ilə cəzalandırılan futbolçusu Nika Kvekveskiri matçdan sonra baş hakim Əliyar Ağayevin bu qərarı ilə bağlı açıqlama verib. "Qafqazinfo"ya danışan gürcüstanlı yarımmüdafiəçi bu sözləri deyib: "Mәnə verilәn qırmızı vәrәqә milyon faiz yanlış idi. Hakimin mәni niyə meydandan qovduğunu bilmirәm. Nicatı vurmadım vә ona heç bir söz demәdim. Ağzımdan heç bir pis söz çıxmadı. O mәni vurdu vә qırmızı vәrәqә almalı idi. Әliyar Ağayev mәnә qırmızı göstәrmәmәli idi".
 
Qeyd edək ki, Gəncə şəhər stadionundakı matçın 38-ci dəqiqəsində ev sahibi komandanın futbolçusu Nicat Qurbanov qonaqların yarımmüdafiəçisi Nika Kvekveskiri arasında gərginlik yaşanıb. Hadisə zamanı Qurbanov gürcü oyunçuya sillə vurub. Qarşılaşmanın baş hakimi Əliyar Ağayev isə hər iki futbolçunu qırmızı vərəqə ilə meydandan qovub. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30