29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ağayevə yaraşmayan “qırmızı”...

Topaz Premyer Liqasının XX turunda lider “Qəbələ” səfərdə “Kəpəz”in qonağıdır.

Futbolxeber.az saytının məlumatına görə, Gəncədə keçirilən oyunun ilk 45 dəqiqəsi kifayət qədər maraqlı alınıb. 38-ci dəqiqədə meydan sahibləri Şəhriyar Rəhimovun qolu ilə önə keçiblər. Lakin “Qəbələ”nin oyunçuları uzun müddət yan xətt hakiminə etiraz edərək qolun vurulduğu epizodda ofsayt olduğunu iddia ediblər. Təəssüf ki, matçı canlı yayımlayan CBC-Sport kanalının nümayiş etdirdiyi təkrara əsasən hakimin qərarının düzgün olub-olmadığını demək çətindir.

İlk 45 dəqiqənin ən çox müzakirə olunacaq epizodu isə qoldan az sonra yaşandı. “Qəbələ”nin yarımmüdafiəçisi Nika Kvekveskiri rəqib oyunçu Nicat Qurbanova qarşı kobud oynadı. “Kəpəz”in 17 nömrəsi isə ayağa qalxaraq rəqibə zərbə endirdi. Qurbanovun bu hərəkəti birbaşa qırmızı vərəqədir. Amma nədənsə oyunçuları yanına çağıran Əliyar Ağayev hər iki futbolçuya qırmızı vərəqə göstərdi.

Epizodun təkrarından da açıq-aydın görünür ki, gürcü futbolçunun kobudluğunu maksimum sarı vərəqə ilə dəyərləndirmək olar. Əliyar Ağayevin təkcə Nicat Qurbanova deyil, Nika Kvekveskiriyə də qırmızı vərəqə göstərməsi isə kobud səhvdir. Bu epizoda görə hər iki futbolçuya eyni cəzanı vermək qətiyyən düz deyil. Ötən mövsüm “Qəbələ” ilə oyunda kobud səhv edən, sonra buna görə üzr istəyən Əliyar Ağayevin yenə “qırmızı-qaralar”a qarşı kobud səhvi müzakirələrə yol açacaq...

Bu arada “Qəbələ”ni meydanda azlıqda qoyan Nika Kvekveskiriyə də alqış düşür. Heç nədən qırmızı vərəqə alan gürcü futbolçu meydanı tərk edərkən az əvvəl ona zərbə endirən Nicat Qurbanova təsəlli verməklə mədəniyyətini nümayiş etdirdi. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31