23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Sumqayıt”ın kapitanı Krnetanın üzərinə hücum çəlməsindən danışdı

“Krneta oyunun gedişində mənə dirsək atdı və sarı vərəqə ilə cəzalandırıldı. Lakin aramızdakı mübahisənin səbəbi bu deyildi”. 
 
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri apasport.az-a açıqlamasında “Sumqayıt” klubunun kapitanı Vurğun Hüseynov deyib. Ölkə çempionatının XX turu çərçivəsində dünən “Zirə”nin qonağı olan “gənclik şəhəri” təmsilçisi meydandan məğlub ayrılıb – 0:1.
 
Matçdan sonra qonaqların müdafiəçisi Vurğun Hüseynovla “Zirə”nin serbiyalı futbolçusu Yovan Krneta arasında gərginlik yaşanıb. Özündən çıxan Vurğunu rəqib komandanın digər oyunçuları sakitləşdiriblər.
 
Bununla bağlı fikirlərini bildirən Hüseynov məsələyə aydınlıq gətirib: “Oyun bitəndən sonra Fariz Yusifova yaxınlaşaraq, hakimlərlə görüşdüm. Krneta da həmin məqamda onların yanına gəldi. Bu zaman ağzından 1-2 söz çıxardı, mən də özümü saxlaya bilmədim. Əslində, təbiətcə sakit insanam, meydanda heç vaxt belə davranmamışam. Sadəcə, həmin anda özümdən çıxdım. “Zirə”nin futbolçuları Anar Nəzirov və Kamal Bayramov önümə keçib, məni sakitləşdirdilər. Dedilər ki, özümüz onunla danışacağıq. Daha sonra Elvin Məmmədov telefon danışığında mənə məsələnin yoluna qoyulduğunu bildirdi”.
 
Qeyd edək ki, bu məğlubiyyətdən sonra “Sumqayıt” turnir cədvəlində 4-cü pilləni “Zirə”yə təhvil verib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30