23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Sumqayıt”ın məşqçisi: “Fasilədə üzr istədi”

Bu gün Topaz Premyer Liqasında XX tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, günün ikinci oyununda “Zirə” doğma meydanda “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib. Zirə İdman Kompleksinin stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın məşqçisi Vəfadar Quliyev məğlubiyəti belə şərhə edib:
 
- “Zirə”ni təbrik edirəm. Gərgin oyun getdi. İlk hissədə yaxşı təsir bağışlamadıq. İkinci hissədə isə öz oyunumuzu oynadıq. İkinci hissəyə görə futbolçulara təşəkkür edirəm.
 
- Bu gün Samir Abasovun texniki zonada olmaması nəticəyə nə dərəcədə təsir göstərdi? 
- Əlbəttə, Samir müəllim olsa, daha yaxşı oyanayardıq. Ancaq düşünmürəm ki,  baş məşqçinin olmaması çox ciddi təsir göstərib.
 
- Oyunun əvvəlində Məhəmməd Qurbanov məşqçilər korpusuna kəskin etiraz etdi. Buna səbəb nə idi?
- Bu, futbolda olur. Fasilədə buna görə üzr istədi.
 
- Samir Abasov əvvəl cəzalı olduğu oyunda əvəzetmələri telefonla çatdırırdı. Bu dəfə necə idi?
- Bu dəfə tribuna ilə texniki zona arasında məsafə qısa olduğundan, buna ehtiyac qalmadı. (Futbolinfo.az)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30