25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Qurban Qurbanov: “Müdafiə Nazırliyi razılıq versə…”

“Analarımız, qardaşlarımız, bacılarımız bizim xoşbəxtliyimiz üçün canlarından keçiblər. Həqiqətən bu gün çox ağır gündü. Biz hazırda heç nə edə bilmərik. Ən azı onları yad etmək üçün bura gəlmişik. Allah rəhmət eləsin, Allah onların yaxınlarına səbr versin. Məncə, çox danışılacaq bir gün də deyil". 

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ən baş məşqçisi Qurban Qurbanov bu gün Xocalı soyqırımının 25-ci illiyi ilə əlaqədar Bakıda Şəhidlər Xiyabanızı ziyarət etdikdən sonra jurnalistlərə deyib.

O, “Cəbhə bölgəsində son günlər baş verən hadisələri nəzərə alaraq "Qarabağ"ın komanda şəklində döyüş bölgəsinə səfəri mümkündü” sualına belə cavab verib:

“Mən dəfələrlə demişəm ki, biz hər zaman əsgərlərimizin yanındayıq. Qarşımıza belə bir məqsəd qoymuşuq ki, hərəmiz öhdəmizə düşən vəzifəni yerinə yetirək. Onlar hamımızdan ağır işin altındadır. Biz onların yanında nadir hallarda ola bilərik. Amma bizim onlara dəstəyimiz ölkə xaricindəki uğurlarımız ola bilər. Əgər Müdafiə Nazırliyi razılıq versə, əsgərlərimizin yanına getməyə hazırıq və yəqin ki, bunu edəcəyik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30