23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qəbələ”dən maksimum göstərici

“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib.

Futbolxeber.az saytının məlumatına görə, “Qəbələ” təmsilçiləri AFFA-nın təşkilatçılığı ilə keçirilən aşağı yaş qrupları üzrə liqalarda aktivinə qələbə əlavə edib.

U-19 öz meydanında “Vətən”lə qarşılaşıb. “Qəbələ” bu matçda 3:1 hesabı ilə qələbə qazanıb. 21 oyunda 47 xal toplayan “qırmızı-qaralar” 4-cü pillədə qərarlaşıb.

Bakcell U-17 Liqasında çıxış edən “Qəbələ” “Sumqayıt”la üz-üzə gəlib. “Qırmızı-qaralar” ev matçında 3:1 hesablı qələbə ilə 3 xal qazanıb. 17 qarşılaşmadan sonra hesabında 44 xalı olan “Qəbələ” turnir cədvəlinin lideridir.

U-16 səfərdə “Kəpəz”lə üz-üzə gəlib. “Qəbələ” bu görüşdə 6 cavabsız qolla böyükhesablı qələbə əldə edib. 16 matçdan sonra 34 xala malik komanda 2-ci yerdədir.

“Zirə” ilə matçı təxirə salınan U-15 isə 14 oyundan sonra 40 xalla yarışın vahid lideridir.

Qızlardan ibarət “Qəbələ” isə yüksək liqada “Sumqayıt”a qalib gəlib - 4:3. 9 oyunda 22 xal yığan “qırmızı-qaralar” 2-ci pillədə qərarlaşıb. 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30