26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Millimiz Serbiyayla qarşılaşacaq

AFFA-nın baş katibi Elxan Məmmədov Serbiyada işgüzar səfərdə olub. Futbolxeber.az-ın məlumatına görə, bu barədə sözügedən ölkənin mətbuatı xəbər yayıb. 
 
Mənbədə bildirilir ki, Məmmədov səfər çərçivəsində Serbiya Futbol Federasiyasının prezidenti Slavişa Kokeza ilə görüşüb və tərəflər iki ölkənin futbol federasiyası arasındakı əməkdaşlıq məsələləri müzakirə edib. Görüşdə Azərbaycan və Serbiyanın aşağı yaş qruplarından ibarət milli komandaları arasında yoxlama matçlarının keçirilməsi qərara alınıb.
 
Bundan əlavə, Kokeza görüş zamanı UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizəd olan Elxan Məmmədova bu baxımdan dəstək olacağını bildirib.
 
Qeyd edək ki, Elxan Məmmədov UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizəd olan 13 nəfərdən biridir. Bu komitəyə seçkilər  aprelin 5-də Finlandiyanın paytaxtı Helsinki şəhərində baş tutacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30