25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Ramil Əliyev: “Səbail”in bizdən üstün olduğunu deməzdim”

MOİK-in baş məşqçisi Ramil Əliyevin Futbolxeber.az saytına müsahibəsi

- Komandanız 2017-ci ildəki ilk çempionat oyununda “Səbail”ə 0:2 hesabı uduzdu. Bu məğlubiyyəti necə şərh edə bilərsiz?

- Fasilədən sonra ilk tur idi. Birinci görüşlər çox ağır olur. Bu gün 6 futbolçumuz heyətdən kənarda qalmışdı. İtkilərə baxmayaraq, rəqibə qarşı başa-baş oynadıq. “Səbail”in bizdən üstün olduğunu deməzdim. Məğlub olsaq da, ümidimizi itirmirik.

- Amma hər məğlubiyyət komandanı turnir cədvəlində geri salır.

- Düzdür, hər yenilgi bizi məqsədimizdən uzaqlaşdırır. Amma yenə də sona qədər mübarizə aparacağıq. İnanıram ki, mövsümün sonunda ilk “üçlük”də yer alacağıq”.

- MOİK - “Səbail” oyununda gərginlik olsa da, qapıya zərbələr çox az idi. Bunu hücumçuların zəif çıxışı ilə əlaqələndirmək olar?

- Bunu təkcə hücumçularla əlaqələndirmək olmaz. Qış fasiləsində heyətdə dəyişiklikər olub. Bu da oyuna təsir göstərir. Yeni futbolçuların komandaya uyğunlaşması üçün vaxta ehtiyac var. Həm bizim, həm də rəqibin heyətində yaxşı hücumçular yer alır.

- Rəqib haqda fikirləriniz necədir?

-  “Səbail” rəhbərliyi də çox yaxşı işlər görüb. Komandanın ilk addımları düzgün atılıb.

- Qış fasiləsində komandanı istədiyiniz kimi formalaşdıra bildiniz?

- Heyətə 5 yeni futbolçu cəlb etdik. Limitə görə də müəyyən addımlar atdıq. Tam da olmasa, 80 faiz istədiyimiz oyunçuları topladıq.

- I divizionun səviyyəsizi sizi qane edir?

- 2007-ci ildən I divizionda işləyirəm. Hesab edirəm ki, bu mövsümdəki kimi maraqlı çempionat olmayıb.

- Bunu nəyə əsasən iddia edirsiniz?

- 10 komanda var ki, bir-birinə qarşı layiqli mübarizə aparırlar. Bu kollektivlərin oyunlarında kimin qalib gələcəyini əvvəldən demək çətindir. İstək var, bircə stadionların vəziyyəti bir qədər düzəlsəydi, daha yaxşı -olardı.

- Hazırda Premyer Liqada hakimliklə bağlı ciddi problem var. I divizionda bu baxımdan vəziyyət necədir?

- Hələ ki ciddi problem olmur. Divizionda vəziyyət Premyer Liqadakı kimi deyil. Ümumiyyətlə, hakimlər barədə danışmağı çox xoşlamıram. Çünki bu, mənim işim deyil. Bu işə Hakimlər Komitəsi baxır.

Söhbətləşdi: FƏRƏC

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30