20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“II dövrə başlamamışdan öncə hədəfimiz Premyer Liqa idi”

“Əvvəlki 2 oyunda uduzmuşduq. Buna görə də komandada, üzərimizdə gərginlik var idi. Məsuliyyətimizi dərk edirdik. Bilirdik ki, “Şərurspor”la görüşdə mütləq meydandan 3 xalla ayrılmalıydıq”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri MOİK-in kapitanı Orxan Həsənov deyib.

I divizionun 17-ci turunda “Hərbçilər” “Şərurspor” üzərində 1:0 hesablı qələbə qazanıb. Matçın taleyini həll edən yeganə qolu 60-cı dəqiqədə Orxan Həsənov vurub.

Həsənov minimal hesablı qələbəni belə şərh edib: “Oyun çox çətin keçdi. Matçın əvvəlində rəqibi qapısına doğru sıxışdırmışdıq. Topa daha çox sahib olan tərəf biz idik. Amma hesabı açmaq mümkün olmurdu. Üstəlik, külək də bizim əleyhimizə idi. Fasilədəm sonra istəyimizə çatdıq Vurduğumuz qolla 3 xala sahib çıxdıq. Bu qələbə münasibəti ilə əziyyəti keçən hər kəsi, klub rəhbərliyini təbrik edirəm”.

MOİK-in kapitanı görüşün əvvəlində zədə alsa da, meydanı erkən tərk etməyib: “Qarşılaşmanın 4-cü dəqiqədəsin zədə aldım. Amma oynamaq, komandama kömək etmək istəyirdim. Get-gedə ağrılarım artırdı. Qoldan sonra arxaya qayıtmaqda çətinlik çəkirdim. Ona görə də əvəzlənməyimi istədim”.

O, komandasının hədəflərindən də söz açıb: “II dövrə başlamamışdan öncə hədəfimiz Premyer Liqa idi. Amma şanssızlıqla üzləşdik. Bir neçə zədəli futbolçumuz var idi. Əsas heyətin birdən-birə 5-6 üzvünün yoxluğu komandaya mənfi təsir göstərdi. Nəticədə ardıcıl 2 tur uduzduq. Artıq uğurlu seriya yaxalamaq istəyirik. İnanıram ki, növbəti matçarda da qələbə seriyamızı davam etdirib, ən yüksək yerlər uğrunda mübariz aparacağıq”.

Orxan Həsənov komandasında maddi durumun yaxşı olduğunu vurğulayıb: “Maliyyə baxımından hər hansı çətinliyimiz yoxdu. Hər ay vaxtı-vaxtında maaşımızı alırıq. Şəraitimiz də yaxşıdır”.

Söhbətləşdi: FƏRƏC

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir” 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30