25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Zenyov: “Önəmli olan qələbə qazanmağımız idi”

“Qəbələ” Topaz Premyer Liqasının XIX turunda “Qarabağ”la qarşılaşıb.

Futbolxeber.az saytının məlumatına görə, 2:0 hesabı ilə qalib gəlib, turnir cədvəlində 1-ci pilləyə yüksələn “qırmızı-qaralar”ın qollarını Sergey Zenyov və Filip Ozobiç vurublar.

Matçda hesabı açan Zenyov oyun haqda fikirlərini gabalafc.az saytına açıqlayıb: “Qarşılaşma azarkeşlərin yaratdığı möhtəşəm atmosferdə keçdi. Stadiona toplaşan tamaşaçıların da gözəl və keyfiyyətli futbol izlədiyini düşünürəm. Hər iki komanda üçün çətin, ağır oyun oldu. Sevinirəm ki, belə bir matçda çox vacib qələbə qazandıq.

Matça çox yaxşı hazırlaşıb, bütünlüklə görüşə köklənmişdik. Oyun təxminən bərabər səviyyədə keçdi. Lakin rəqibdən fərqli olaraq, biz iki qol vura bildik. “Qarabağ” kimi güclü komandaya qalib gəldiyimiz üçün şadam”.

Estoniyalı legioner vurduğu qol barədə də danışıb: “Qol vurduğum epizodda Filip Ozobiçin də əməyi böyük idi. O, topu qapı xəttinin üstündən mənə ötürdü. İlk cəhdinin qarşısını müdafiəçilər alsa da, təkrar ötürmə ilə mənə assistentlik etdi. Mən isə əlverişli mövqedə olduğumdan topu qapıya göndərdim. Qolkiper də bu zərbənin qarşısını ala bilmədi. Rəqibin uzaqlaşdıra bildiyi ilk ötürməni də tamamlamağa hazır idim. Lakin önəmli olan kimin qol vurmağı deyil, qələbə qazanmağımız idi”.

Zenyov qələbənin vacib olduğunu vurğulasa da, matçı çempionluq mübarizəsində həlledici saymadığını da qeyd edib: “Bu görüş vacib olsa da, həlledici deyildi. Çünki qarşıda hələ çox oyun var. Sadəcə xal fərqini aradan qaldırmağımız yaxşı oldu. Bu fərq 6-ya çatsaydı, sonra çətin ola bilərdi. İndi növbəti matçları düşünməliyik.

Mübarizə hələ irəlidədir. Matçın sonlarında əvəzlənməyim dizimdəki ağrılarla bağlı idi. Amma ciddi problem yoxdur. Komanda ilə növbəti matçın hazırlıqlarını davam etdirəcəyəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30