19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Prosineçki millmizə necə gəlib?

Türkiyəli məşqçi Guray Bulak Balkan ölkələrinin futbol menecerlərinin fəaliyyətini bağlı maraqlı açıqlamalar verib.

Futbolxeber.az saytının qol.az-a istinadən verdiyi məlumata görə, “TRT Spor”a müsahibəsində o, xorvatiyalı İqor Tudorun “Qalatasaray”a baş məşqçi təyin edilməsini tənqid edib:

“Tudor bundan əvvəl çalışdığı “Karabükspor”dakı səfər matçlarında cəmi 4 xal yığıb. Məgər, belə nəticəsi olan məşqçini böyük komandaya gətirərlər? Gəlin, onunla “Kayserispor”da qısa zamanda yaxşı iş görən Sərgən Yalçını müqayisə edək. Niyə bu gün “Qalatsaray” Sərgəni deyil, Tudoru komandaya dəvət edir? Ona görə ki, türk klublarının prezidentlərinin Balkan menecer mafiyası ilə əlaqəsi var. Balkan ölkələrindən bir məşqçinin qısa fəaliyyəti kifayət edir ki, böyük klublara getsinlər. Biliç “Beşiktaş”da nəyə nail oldu və indi hardadı? “Everton”da! Şenol Günəş “Beşiktaş”da əla iş görürür. Bəs onu niyə İngiltərəyə çağırmırlar?”

G.Bulak millimizin xorvatiyalı baş məşqçisi Robert Prosineçki barədə də danışıb: “Hamı bilir ki, Prosineçkinin “Kayrserispor”da necə uğursuz işi oldu. Amma nə olsun! Bu gün Prosineçki Azərbaycan millisinin baş məşqçidir. Hansı xidmətlərinə görə? Şota Arveladze yaxşı məşqçidir. Amma bu gün İsraildə çalışır və orta səviyyəli “Alanyaspor” klubuna keçməyə yaxındır. Balkan məşqçilərin arxasında güclü menecer lobbisi durub” - deyə o bildirib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30