16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Fərhad Vəliyev üçün əlamətdar tur

Topaz Premyer Liqasının XIX turu “Sumqayıt”ın qapıçısı Fərhad Vəliyev üçün yubileylə əlamətdar olub.

Futbolxeber.az saytının məlumatına görə, 37 yaşlı qolkiper Azərbaycan çempionatında 250-ci oyununu keçirib. AZAL üzərində 1:0 hesablı qələbə zamanı qapısını toxunulmaz saxlayan Vəliyev əlcək sahibi kimi meydana çıxdığı 249 matçda 249 top buraxıb. Orta hesabla hər görüşdə 1 qola üzülən Fərhad 1998/99 mövsümündə 1 matçı sahə oyunçusu kimi keçirib.

Ümumilikdə isə 250-ci qarşılaşmaya çıxan qolkiper bu həddə çatan 52-ci futbolçu olub. Vəliyev ən çox oyun keçirən qapıçılar arasında isə üçüncüdür. O, yalnız Rauf Mehdiyevlə Cahangir Həsənzadədən geri qalır.

Ölkə çempionatında 1997/98 mövsümündə “Şəfa”nın (U-18 adlandığı vaxt) heyətində debüt edən qapıçı 20 il ərzində “Xəzər” (“Sumqayıt” və “Kimyaçı” adlandığı vaxt), Quba “Şahdağ”ı, “Viləş”, “Neftçi”, “Gənclərbirliyi”, “İnter”, “Qarabağ” və indiki klubu “Sumqayıt”da forma geyinib.

mövsüm

komanda

oyun

Buraxılan qol

1997/98

U-18

7

-16

1997/98

Sumqayıt

1

0

1998/99

Kimyaçı (Sumqayıt)

10

-30

1999/2000

Kimyaçı (Sumqayıt)

14

-22

2000/01

Şahdağ (Quba)

4

-12

2000/01

Viləş (Masallı)

4

-4

2003/04

Neftçi (Bakı)

1

0

2004/05

Gənclərbirliyi (Sumqayıt)

14

-23

2005/06

İnter (Bakı)

19

-9

2006/07

İnter (Bakı)

22

-11

2007/08

Qarabağ (Ağdam)

24

-13

2008/09

Qarabağ (Ağdam)

23

-18

2009/10

Qarabağ (Ağdam)

29

-24

2010/11

Qarabağ (Ağdam)

21

-16

2011/12

Qarabağ (Ağdam)

4

-7

2012/13

Qarabağ (Ağdam)

17

-10

2013/14

Qarabağ (Ağdam)

12

-7

2014/15

Qarabağ (Ağdam)

3

-2,1

2015/16

Qarabağ (Ağdam)

2

-2

2016/17

Sumqayıt

19

-23

 

Cəmi

250

249

 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30