19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Natamam tura baxış: “Turan-Tovuz” və “Səbail”in həftəsi

Geridə qoyduğumuz həftə I divizionda 16-cı turun oyunları keçirildi. Turun matçları 4 günü əhatə etsə də, əlverişsiz hava səbəbindən 1 oyun baş tutmadı. “Şahdağ” “Bakılı”nı martın 30-da qəbul edəcək. Maraqlıdır ki, 2017-ci ildə “Bakılı”nın hər 2 səfər matçı qar səbəbindən təxirə düşüb.

HƏR OYUNA 3 QOL

Keçirilən 6 oyunda qapılara 18 qol vuruldu ki, bu da orta hesabla hər matçda 3 top deməkdir. Qollardan 11-i meydan sahiblərinin, 7-si qonaqların payına düşdü.

6 oyundan yalnız 1-də heç-heçə qeydə alındı. Digər 5 görüşdən 4-də meydan sahibləri, yalnız 1-də qonaqlar qələbə qazandı.

Turun ən məhsuldar görüşü (6 qol) Mingəçevirdə oynanıldı. “Ağsu” - MOİK və “Şərurspor” - “Mil-Muğan” matçlarının taleyini cəmi 1 qol həll etdi.

“TURAN-TOVUZ” ÜÇÜN 6 XALA BƏRABƏR QƏLƏBƏ

Turun mərkəzi matçı Tovuzda keçirildi. “Turan Tovuz” və “Zaqatala”nın görüşünü “Zirvə döyüşü” də adlandırmaq olardı. Turnir cədvəlində ilk 2 pilləni tutan komandaların qarşıdurmasında qələbə qazanan tərəf lider olacaqdı. “Turan-Tovuz”a zirvədə qalmaq üçün 1 xal da kifayət edirdi. “Zaqatala” isə əsas rəqibini zirvədən endirmək üçün mütləq səfərdən 3 xalla qayıtmalıydı.

FİFA referisinin idarə etdiyi oyuna meydan sahibləri qolla başladılar. 14-cü dəqiqədə Rəhman Musayev penaltidən hesabı açdı. İkinci hissədə hesabı bərabərləşdirən “Zaqatala”, 69-cu dəqiqədə rəqibin azlıqda qalması ilə daha bir üstünlük qazandı. 10 nəfərlə qalmasına baxmayaraq, matçda sonuncu - həlledici qolu meydan sahibləri vurdular. Tovuz futbolunun tanınmış siması Nizami Sadıqovun oğlu İlkinin vurduğu qol “Turan-Tovuz”a mühüm 3 xal qazandırdı. Bu qələbə sayəsində lider ən yaxın izləyicisi ilə xal fərqini 5-ə çatdırdı.

“SƏBAİL” QİSASINI ALDI

Turun digər maraqla gözlənilən qarşılaşması “Bayıl Arena”da keçirildi. “Səbail” öz meydanında “Qaradağ-Lökbatan”ı qəbul etdi. Komandalar arasında xal fərqinin az olması, üstəlik ilk dövrədəki matçda tərfələr arasında insident yaşanması budəfəki qarşılaşmaya olan marağı artırırdı. Görüşə fəal başlayan “Səbail” 3:0 hesabı ilə önə keçməklə artıq 1 saatın tamamında matçın taleyini həll etdi. “Qaradağ-Lökbatan”ın gücü yalnız təsəlli qoluna çatdı.

Bu qələbə sayəsində “Səbail” “Zaqatala” ilə xallarını bərabərləşdirdi. Amma şəxsi oyunlarda qalib gəldiyi üçün hazırda ikinci pillədə bölgə təmsilçisi qərarlaşıb.

“ŞƏMKİR”DƏN GÖZLƏNİLMƏZ MƏĞLUBİYYƏT

Turun sensasiyası “Bayıl Arena”da qeydə alındı. “Rəvan”la oyundan öncə çoxları “Şəmkir”in asan qələbə qazanacağını proqnozlaşdırırdı. Çünki autsayderdən fərqli olaraq, qış fasiləsində yaxşı hazırlıq keçən, üstəlik heyətini kifayət qədər gücləndirən “Şəmkir” Premyer Liqanı hədəfləyir. Bu səbəbdən də Qərb təmsilçisinin paytaxtda nəinki uduzacağını, heç xal itirəcəyini gözləyənlərin sayı az olardı.

İlk yarıda komandalar penaltidən vurduğu qollarla fasiləyə bərabərliklə yollandılar. İkinci hissədə “Şəmkir” təzyiqi artırsa da, qələbə qolunu meydan sahibləri vurdular. Dublunu rəsmiləşdirən Məhəmməd Alıyev “Rəvan”a mövsümdə 4-cü qələbəsini qazandırdı. Legionerlərə olan borclara görə aktivindən 9 xal silinməsəydi, indi “Rəvan” sonuncu deyil, 11-ci pillədə qərarlaşardı.

Bu məğlubiyyətdən sonra Qəhrəman Əliyev “Şəmkir”in baş məşqçisi vəzifəsindən ayrıldı. Onu müvəqqəti olaraq köməkçisi Mehman Yunusov əvəzləyir.

İMİŞLİLİ HAKİM “MİL-MUĞAN”IN OYUNUNDA

İlk dövrədə ümidləri tam doğrultmayan “Mil-Muğan” fasilədən sonra sürət yığıb. Ötən tur “Ağsu”nu məğlub edən İmişli klubu, bu dəfə də səfərdə “Şərurspor”dan üstün oldu. Samir Babayevin 27-ci dəqiqədə vurduğu qol matçın taleyini həll etdi.

Bu oyunla bağlı bir məqamı qeyd etməmək olmaz. Belə ki, hakimlər komitəsinin bu matça Ziya Nəsirovu baş hakim təyin etməsi heç də birmənalı qarşılanmayıb. Çünki “Mil-Muğan” kimi Nəsirov da İmişlidəndir.

Ötən tur “Səbail”ə uduzan MOİK bu dəfə də meydanı xalsız tərk edib. Səfərdə “Ağsu”nun qonağı olan “hərbçilər” Elnur Səmədovun 63-cü dəqiqədə vurduğu qolLa məyus olub. Bu qələbə sayəsində “Ağsu” beşinci pilləyə yüksəlib. MOİK isə turnir cədvəlində 9-cudur.

“Energetik” - “Göyəzən” görüşü isə maraqlı ssenari ilə keçib. Belə ki, Mingəçevir klubu ilk hissədən sonra 3:0 hesabı ilə öndə olub. Amma ruhdan düşməyən “Göyəzən” 26 dəqiqə ərzində hesabı bərabərləşdirməyə müvəffəq olub.

FUTBOLXEBER.AZ

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30