24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Rəşad Sadıqov: “Qəbələ”yə qol vurmaq asan deyil”

Bu gün Topaz Premyer Liqasının XIX turu çərçivəsində “Qəbələ” doğma meydanda “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edib. Matçdan sonra qonaq komandanın kapitanı – zədə səbəbindən bu matçda oynaya bilməyən Rəşad Sadıqov Futbolxeber.az-ın əməkdaşının da suallarını cavablandırıb:
 
- Gözlədiyim oyun oldu. Nəticəni nəzərə almasaq, gərgin oyun keçəcəyini bilirdik. “Qarabağ” daha çox topla oynamağa çalışdı, “Qəbələ” də mərkəzdə pressinq edib, oyunlarını əks-hücumlarda quracaqdı. Oyun belə də getdi. Sadəcə olaraq, oyunun taleyini son vuruşlar həll etdi. Bizim də yaxşı zərbə mövqelərimiz oldu. Düzdü, heç kimin 100 faizlik qol şansı olmadı, amma son vuruşlarda “Qəbələ” bizdən dəqiq oynadı. Bizim də yaxşı imkanlarımız oldu, lakin qapıçı qurtardı, rəqib oyunçulara dəydi. 
 
- Nəzərə alaq ki, rəqibin əsas mərkəz müdafiəçiləri oynamırdı. Lakin rəqib müdafiəsini yarmaqda çətinlik çəkdiniz. Bu, qarşıdakı oyunlarda sizə çətinlik yaratmaz ki? 
 - Ümumiyyətlə, “Qəbələ” çox yaxşı komandadır və onlara qol vurmaq heç də asan deyil. Bizimkilər də çalışdı, sona qədər mübarizə apardı, amma alınmadı.
 
- Səncə, mğlubiyyətinizdə yerli azarkeşlərin rolu nə dərəcəd idi?
- Bu, normaldır. Səfər matçlarında həmişə rəqib azarkeşlərin üstünlüyü olur.
 
- Bu matçdan sonra çempionluq yarışının daha da qızışdığını demək olarmı?
- Bəli. Bu gün qələbə qazansaydıq, çempionluğa daha çox yaxınlaşacaqdıq. Amma bu gün məğlub olandan sonra çempionat daha da qızışdı.
 
- Əvvəl “Neftçi” və “Xəzər Lənkəran” arasındakı matçlara “Böyük oyun” adı verilmişdi. İndi də “Qarabağ”la “Qəbələ” arasında maraqlı oyun olur…
- O matçlar bir az fərqli idi. Həmin komandaların bir-birinə qarşı aqressiyası vardı. Amma bizim illərdir “Qəbələ” ilə çox yaxşı münasibətlərimiz var. Və bu gün meydanda da gözəl futbol oldu, futboldan kənar hadisələr baş vermədi. Bu, sevindirici halldır. Bu matçı o oyunlarla müqayisə etməzdim.
 
- Oyuda “Qarabağ”la bağlı plakatlar açmışdılar…
- Görmədim onları. 
 
- Bəs sən tam hazır deyildin?
- Xeyr, hazır olsaydım, oynayacaqdım
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30