29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qriqorçuk: “Futbolda heç nədən qorxmuram”

Bu gün Topaz Premyer Liqasında XIX tura yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, günün ikinci oyununda “Qəbələ” doğma meydanda “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edib. Qəbələ şəhər stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Roman Qriqorçuk qələbəni belə şərhə edib:
 
- Komandamın çıxışından razı qaldım. Çox keyfiyyətli oyun alındı. Futbolçularımdan çox razıyam. Sona qədər mübarizə apardılar. Onlarla fəxr edirəm.
 
- Qələbədə azarkeşlərinizin nə dərəcədə rolu oldu?
- Əlbəttə, onların rolu danılmazdı. Futbol azarkeşsiz yarımçıq oyundu. İstərdik ki, hər zaman belə atmosfer olsun. Hakimlik də, bu gün olduğu kimi, yüksək səviyyədə olmalıdı.
 
- Bu qələbədən sonra yenidən liderliyə yüksəldiz...
- Qarşıda çətin oyunlarımız var. Eyforiyaya qapılmalı deyilik. Biz sadəcə, bugünkü oyunda qalib gəldik. 
 
- Oyundan öncə komandadaxili ab-hava necə idi?
- Futbolçularım yüksək səviyyədə oyuna hazır idi. Buna görə də, ilk hissədə gərginlik hiss olunurdu. Biz həm taktiki, həm də psixoloji cəhətdən yüksək səviyyədə çıxış etdik.
 
- Hakimlərin belə yüksək səviyyəli oyunu səhvsiz idarə edəcəyini gözləyirdiz, yoxsa şübhəniz var idi?
- Niyə də gözləməyim? Hakimlərin belə idarəçiliyi xoşdu.
 
- Futbolçularınız hakimin hər qərarına aqressiv reaksiya verirdilər. Düşünmürsüz ki, bu cür yanaşma ilə oyunçularınız növbəti matçlara düzgün köklənə bilməyəcəklər?
- Mən futbolçularımda aqressivlik görmədim. Onlar çox peşəkardılar. Ümumiyyətlə, mən futbolda heç nədən qorxmuram. 
 
- “Qəbələ” “Qarabağ”ı hansı planda üstələdi: taktiki, yoxsa psixoloji?
- Özümüzü rəqiblə müqayisə etmirəm. Sadəcə, özümüzdən danışa bilərəm. Həm taktiki, həm də psixoloji cəhətdən üstün idik.
 
- Araz Abdullayev “Qəbələ”yə gəldikdə onun yenidən əvvəlki formasını bərpa edəcəyini gözləyirdik. Lakin hələ ki, bunu görə bilmirik…
- Siz onun hansı formasını görmüsüz, bilmirəm. Buna görə də müqayisə edə bilmirəm. Çox sürətli futbolçudu. Bizim komandaya gəldikdən sonra onda inkişaf var.
 
- “Qarabağ”la Bakıdakı məğlubiyyətdən sonra getmək istədiyinizi bildirmişdiz. Bəs indi necə, getmək istəyirsiz, ya qalmaq?
- Bəli, belə demişdim. Ancaq həmin vaxt sual verilmişdi ki, “özünüzü necə hiss edirsiz”, mən də demişdim ki, olanları görməmək üçün evə getmək istəyirəm. Ancaq mənim burda müəyyən missiyam var və bunu yerinə yetirmək borcumdu.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31