25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Fariz Nəcəfov: “Çox yüksək səviyyədə oyun izlədik”

Bu gün Topaz Premyer Liqasında XIX tura yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, günün ikinci oyununda “Qəbələ” doğma meydanda “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edib. Qəbələ şəhər stadionundakı matçdan sonra ev sahibi klubun vitse-prezidenti Fariz Nəcəfov qələbəni belə şərhə edib:
 
- Hər iki komandanın ifasında çox yüksək səviyyədə oyun izlədik. Azarkeşlər məni sevindirdilər. Hər iki tərəfdən… Düzdü, azarkeşlərlə bağlı bəzi çatışmazlıqlar vardı. Əsas odur ki, çox maraqlı oyun keçdi. Hakimlik barədə danışmaq istəmirəm. 
 
- Xüsusilə, “Qarabağ” azarkeşləri təxribatlara əl atırdılar. Birinci qolsayılmasaydı vəziyyət necə olacaqdı?
- Öz komandalarına bu səviyyədə dəstəyə görə “Qarabağ” azarkeşlərinə ancaq alqış düşür. Başqa nəsə təxribat görməmişəm. Ona görə də bu bardə nəsə deyə bilmərəm.
 
- Polislər sizin azarkeşlərdən birini sürüyə-sürüyə apardı. Onun aqibəti necə oldu?
- Onunla bağlı zəng etdik, danışdıq. Yəqin ki, günahı yoxdursa, buraxılacaq. 
 
- Nəyə görə apardıqlarını soruşdunuz?
- Soruşmamışam. Vaxt olmayıb. Yəqin ki, maraqlanacağıq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30