19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

İmamverdiyev: “Nəticə ədalətli deyil”

“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyev "Kəpəz"lə oyundan sonra jurnalistlərə müsahibə verib. Futbolxeber.az saytının əməkdaşının da sullarını cavablandıran İmamverdiyevin müsahibəsini təqdim edirik:

- Ardıcıl 2 qələbədən sonra “Kəpəz”lə oyunda xal itirdiniz. Bu, gözlənilməz olmadı?

- Maraqlı oyun alındı. Qələbəyə layiq idik. “Kəpəz”in də haqqını yemək olmaz, mübarizə apardılar. Birinci hissədə rəqibin qapısına penalti təyin edilməli idi, lakin hakim düzgün qərar vermədi. Nəticə ədalətli deyil.

- Hakim həmin epizodda niyə penalti təyin etmədi? Görmədi, yoxsa ...?

- Bu barədə danışmaq istəmirəm. Hər şey göz qabağındadı. Xalqın gözü tərəzidi.

- Amma etiraf edək ki, bu gün “Neftçi” əvvvəlki oyundakı qədər qol epizodu yaxalamadı...Öz oyunundan razı qaldın?

- Ruslan Abışovun gözlənilmədən zədələnməsi, isinmə hərəkətləri etmədən meydana daxil olmağım təsirirni göstərdi. Amma zəif oynadığımı düşünmürəm. Komandamız zəif oynadığını da düşünmürəm.

Zəif oynasaydıq, bu qədər qol epizodu yarada bilməzdik. Sadəcə, nəticəni ədalətli hesab etmirəm. Qələbə qazansaydıq, düzgün olardı. “Zirə” də bu gün heç-heçə edib, xal itirmişdi. Onlara yaxınlaşmaq şansımız var idi. - -   

- İştirakçısı olduğun, mübahisəli epizod barədə fikirlərin maraqlıdı. Top xətti keçmişdi?

- Zərbəni vurduqdan sonra yıxıldım. Ona görə epizodu tam görə bilmədim. Videoyazıya baxacağıq. Komandamızdan da heç kim görməyib. Amma birinci hissədə təmiz penalti var idi. Top bizim futbolçunun ayağından çıxdıqdan sonra rəqib birbaşa onun ayağına vurdu.

- Hazırda “Neftçi”nin legionerlərdən asılı olduğunu demək olar?

- Elə deməzdim. Legionerlərimiz yaxşı oynayırlar. Amma yerli futbolçularımız da var və komandaya kömək edirlər.

- Ancaq kənardan elə təəssürat yaranır ki, “Neftçi”dəi yerlilərin heç biri komandanı arxasınca daşıyacaq gücdə deyil...

- Mən, Rəhman, Namiq yaxşı çıxış edirik. Namiq keçən oyunda meydanda lider idi, sadəcə, qol vura bilmədi.

- Lakin yaxşı çıxış etdiyini dediyinizz Rəhman, eləcə də siz ehtiyatda qalırsız. Bu, legionerlərin kölgəsində qalmaq deyil?

- Bu, baş məşqçinin qərarıdı. Bu qərara görə kimsə küsüb-incimir. Baş məşqçimiz də deyir ki, ehtiyata göndərilən futbolçu zəif deyil. Sadəcə, hər dəqiqə oynamağa hazır olmalıyıq.

- Maraqlıdır ki, ehtiyatda qalan futbolçular əksər hallarda baş məşqçidən narazılıq etsə də, siz əksinə düşünürsüz.

- Peşəkar futbolçu ehtiyatda oturduğuna görə zəif olduğunu düşünməməlidi. Şansımızı gözləməliyik. Etiraz edirsənsə, keç, baş məşqçinin yerində işlə.    

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30