25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Elxan Abdullayev: “Onlara xal daha çox lazım idi, nəinki bizə”

Bu gün Topaz Premyer Liqasında XIX tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, günün ikinci oyununda “Neftçi” doğma meydanda “Kəpəz”lə 0:0 bərabərə qalıb. “Bakcell Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Elxan Abdullayev heç-heçəni belə şərhə edib:
 
- Bizi çətin oyun gözlədiyini bilirdik. “Kəpəz” bu oyna yaxşı hazırlaşmışdı. Onlara xal daha çox lazım idi, nəinki bizə. Komanda yaxşı oynadı, sadəcə, qol vura bilmədi. Rəqibə 90 dəqiqə təzyiq etsək də, qələbə qazana bilmədik.
 
- İkinci hissədə hücumçunu hücumçuyla əvəzlədiniz. Bu, nə ilə bağlı idi?
- Ruslan Abışovu məcburən əvəzlədik. O ki qaldı üçüncü dəyişikliyə, fikirləşdim ki, Barqası kimin əvızinə çıxara bilərəm. O, cinahda oynayan oyunçu deyil. Müdafiəçiylə əvəzləməklə risk etmək istəmədim. Buna görə, məcburən onu Seqoviya ilə əvəzlədim. Hər iki oyunçu tam hazır deyil.
 
- Namiq Ələsgərovun və Rəhman Hacıyevin oyunundan razı qaldız?
- İlk hissədə alınmmasa da, ikinci hissədə yaxşı oynadı. Fasilədə ona tapşırıqlar verdim. O ki qaldı Rəhmana, onun oyunundan razı qalmadım. Ehtiyatda oturmasının səbəbi isə ötən oyunda qalib gələn heyətə şans verməyim oldu. Qalib heyəti dəyişməzlər.
 
- Komandanın get-gedə az qol vurması sizi narahat etmir?
- Mən daha çox qol buraxmadığımıza görə sevinirəm. Düzdü, mən də istəyərəm ki, həmişə stadionda qol vurulandan sonra səslənən mahnını eşidim (gülür). Ancaq bu həmişə mümkün olmur. 
 
- Ruslan Abışovun vəziyyəti necədi?
- Onu oyundan sonra görməmişəm.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30