20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Diniyev: “Avrokuboklara vəsiqə qazanmaq şansımızı davam etdiririk"

Bu gün Topaz Premyer Liqasında XIX tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, günün ikinci oyununda “Neftçi” doğma meydanda “Kəpəz”lə 0:0 bərabərə qalıb. “Bakcell Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Şahin Diniyev heç-heçəni belə şərhə edib:
 
- Maraqlı oyun keçdi. Həm rəqibin, həm də bizim qalib gəlmək şansımız var idi. Məncə, bizim qol şanslarımız daha real idi. Əsas odur, komanda oyun oynadı. Bu gün heyətdə rotasiya etmək çox çətindi. Ancaq komanda bu gün vuruşdu. Mənə elə gəlir ki, hər iki komanda xala layiq idi. Meydanda derbiyə layiq oyun izlədik. Daha da yaxşı olacaq. Bundan öncə “İnter”, “Zirə”, “Sumqayıt”la oyunlara 3 xal üçün çıxmışdıq. Bundan sonra 7 ev oyunumuz var. Məncə, elə heç nə itirməmişik. Avrokuboklara vəsiqə qazanmaq şansımızı davam etdiririk.
 
- Qış fasiləsindən sonra komandanın belə oyun sərgiləməsinə nə mane olurdu?
- “İnter”lə oyunun ilk hissəsindən sonra komanda psixoloji cəhətdən sındı. Bizə təzyiqlər də çox olur. Azarkeşləri də qınamaq olmaz. Ancaq inanın mənə, komanda daxilində heç bir təxribat yoxdu. Baxın, “Lester” keçən iln çempionudu, ancaq indi aşağı pillələrdə qərarlaşıb. Buna görə məşqçini öldürməlidlər? Bu gün komanda boyundan yuxarı tullandı. Hamıya hörmətim var, ancaq bilməlidilər ki komanda daxilində heç bir gərginlik yoxdu. 
 
- Komanda ikinci hissədə fiziki cəhətdən daha yaxşı oynadı...
- Futbolda psixoloji hazırlıq böyük əhəmiyyət daşıyır. Belə deyək, psixoloji hazırlıq nəticədə 11 faiz rol oynayır. Əvvəlki oyunlarda psixoloji cəhətdən məhz bu 11 faiz çatışmadı. 
 
- Simaitisin ehtiaytda oturması cəza məqsədilə idi?
- Yox, belə şeyə qarşıyam. Futbolda reallıqlar var. Tadas pis qapıçı deyil. Sadəcə, Davud Kərimi “Qarabağ”la oyunda yaxşı təsir bağışlamışdı. O ki qaldı Serjinyoya, bu oyunda ondan çox digər oyunçulara ehtiyacım var idi. O, hücumameyilli oyunçudu, ona görə ikinci sahədə meydana buraxdım.
 
- Tural Axundovun mərkəzdə oynaması Vüqar Bəybalayevin oyunundan narazı qalmağınızla bağlıdı?
- Bəybalayev yarı dağıdıcı, yarı yaradıcı oyunçudu. Buna görə bu gün daha müdafiəmeyilli olan Turala mərkəzdə şans verdim.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30