16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Qarabağ”la son oyun göstərdi ki…”

Çempionatın qış fasiləsindən sonrakı hissəsinə uğurlu başlayan “Kəpəz”in əvəzediciləri keçirdiyi 4 oyundan 10 xal toplayıb. 
 
Futbolxeber.az-ın məlumatına görə, “sarı-göylər” səfərdə “İnter” ilə qolsuz heç-heçə oynayaraq “Zirə”yə 2:1, “Sumqayıt”a isə 4:3 hesabı ilə qalib gəlib. Əvəzedicilər son olaraq Yevlaxda qızıl medallara iddialı “Qarabağ”ı 3:2 hesabı ilə məğlub edib. Bu nəticələrdən sonra xal ehtiyatını yaxşılaşdıran Azər Məmmədovun yetirmələri turnir cədvəlində üst pillələrdə yer alan rəqiblərinə yaxınlaşıb.
 
Əvəzedicilərin uğurlu çıxışı haqda komandanın baş məşqçisi klub saytına açıqlama verib: “İlk öncə onu deyim ki, hamımızın arzusu əsas komandamızın yaxşı nəticələrə imza atmasıdır. Çünki onların uğuru bütün klubun uğurudur. İnanırıq ki, komanda tezliklə bizləri sevindirəcək. “Qarabağ” ilə son oyun göstərdi ki, futbolçular artıq özlərinə gəlib. Əvəzedici komandaya gəlincə, bizim məqsədimiz oyunçu yetişdirməkdir. İşimizi buna uyğun qurmuşuq. Bu yerdə qış hazırlığını səmərəli keçirmək üçün bizə hərtərəfli şərait yaradan klub rəhbərliyinə minnətdarlığımı bildirirəm. Yaxşı təlim-məşq toplanışı keçdik və uğurlu çıxışımızın da əsas səbəbi budur. Bundan əlavə 6 futbolçumuz Bakıda əsas komanda ilə birgə hazırlıqlarda iştirak etdi. Bu da bizə kömək etdi. Uşaqlarda özünəinamı artıra bildik. İlk iki dövrədə nəticə baxımından yaxşı oynamamışdıq, az xal toplamışdıq. Son oyunlarda yığdığmız xallarla bunu sığortalaya bildik. Futbolçularda əzmkarlıq görürük, baxımlı oyun nümayiş etdirirlər. Bunun özü sevindirici haldır”.
 
Son 4 tur ərzində “Kəpəz”in Sumqayıt səfərində eyniadlı komanda ilə oyunu daha yadda qalan olub. İlk yarıda 3 cavabsız qolla uduzan gəncəlilər fasilədən sonra yüksək əzmkarlıq göstərərək hesabı öz xeyrlərinə dəyişiblər. Məmmədov dramatik matç haqda belə danışıb: “Sumqayıtdakı oyunun ikinci hissəsində 4 qol vurmağımız əzmkarlığımızın nəticəsidir. Açığı, uşaqların buna qadir olduğuna inana bilmirdim. Bir halda ki, futbolçular belə bir oyunun axarını dəyişə bilirlərsə, deməli, onlar çox şey bacarırlar. Belə davam etsək, əsas komandaya 6 yox, gələcəkdə daha çox futbolçu cəlb oluna bilər. Diqqət var və düşünürəm ki, “Kəpəz”də gəncəli oyunçuların sayı çox olacaq”.    
 
Əvəzedicilərin hücum xəttinin göstərdiyi oyun və çox sayda vurduğu qollar məşqçilər korpusunu sevindirir. Amma bununla yanaşı, komandanın buraxdığı top sayının az olmaması da mütəxəssisləri düşündürür: “Uşaqlarla bu haqda fasilə dövründə söhbətimiz olmuşdu. Onlara bildirmişdim ki, az qol vurur və oyun sayına baxanda çox top buraxırıq. Bunu aradan qaldırmalıydıq. Etiraf edim ki, komandada hücumda problemimiz olub. Hücum deyəndə söhbət təkcə forvardan getmir. Bura həm də həmləni təşkil edən oyunçular daxildir. Futbolçular arasında anlaşmada çətinlik vardı. Hücum haqda mənfi fikirdə idik, cünki ön xətdə zəif oynayırdıq. Sahib Abbasovun gəlişindən sonra hücumda dəyişiklik etdik. Artıq deyə bilərik ki, ön xətdə işlərimiz düzəlib. Ancaq komanda şəklində müdafiə olunmaqda bir balaca problemimiz qalır. Çalışıb bunu da həll etməliyik. Güman edirəm ki, mövsümün sonunda komandamız istər turnir cədvəlində nəticə, istərsə də digər statistik göstəricilər baxımından orta səviyyədə olacaq”.    
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30