20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

"Zirə" - "Qəbələ" matçında səhvə yol verən hakimə 5 oyunluq cəza

Beynəlxalq dərəcəli hakim Zeynal Zeynalov Azərbaycan Premyer Liqasının XVIII turunun "Zirə" - "Qəbələ" matçında səhvlərə yol verdiyi üçün cəzalandırılıb. Futbolxeber.az-ın məlumatına görə, bu barədə "Report"a AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov açıqlama verib.
 
O, yan xətt hakiminin qarşıdakı 5 görüşdən kənarda qalacağını deyib. 
 
Görüşün baş hakimi Əliyar Ağayev isə heç bir cəzaya məruz qalmayıb. X.Məmmədovun fikrincə, FİFA referisi həmin görüşü yüksək səviyyədə idarə edib: "Baş hakim üçün epizodu görmək çətindirsə, o, laynsmanın səhvinə görə məhsuliyyət daşımır. Bu səbəbdən, Zeynal Zeynalov ağır cəzaya məruz qalıb".
 
X.Məmmədov bildirib ki, artıq Premyer Liqa matçlarında səhvə yol vermiş hakimlər əvəzedicilərin çempionatına və ya I Divizionun oyunlarına təyinat almayacaqlar: "Bu ildən cəzaları ağırlaşdırmışıq. Əvvələr Premyer Liqada səhvə yol verən hakimləri formalarını itirməmək üçün əvəzedicilərin çempionatına və ya I diviziona göndərirdik. Daha belə hallar olmayacaq. Səhvə yol verənlər 5 oyunluq cəzalanacaqlar. Yəni, nöqsanı olan təxminən 1 ay kənarda qalacaq. Bunu da qonorara çevirəndə, 3 minə yaxın pul edir". 
 
Qeyd edək ki, Zeynal Zeynalov "Qəbələ" ilə qarşılaşmanın uzatma dəqiqələrində "Zirə"nin bərabərlik qolunu vurduğu epizodda qayda pozuntusunu qeydə almayıb. "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Zeynal Zeynalovun dəfələrlə "qırmızı-qaralar"a qarşı qərəzli davrandığını açıqlayıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30