29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Tura baxış: liderlərdən uğurlu start

Fevralın 10-da I divizion klubları 2017-ci ildə ilk rəsmi oyunlarını keçirdilər. Əslində, aşağı liqada fasilə daha əvvəl bitməliydi. Lakin hava şəraitinin əlverişsiz olması səbəbindən 14-cü turun oyunları baş tutmamışdı.

HEÇ-HEÇƏSİZ TUR

15-ci turu liderlərin aktivinə yazmaq olar. Turnir cədvəlinin ilk 5 pilləsində qərarlaşan komandaların hamısı meydanı 3 xalla tərk etdi.

Baş tutan 7 qarşılaşmada qapılara 19 qol vuruldu. Görüşlərdən 4-də meydan sahibləri, 3-də isə qonaqlar qələbə qazandılar.

Turun ən məhsuldar oyunu Lökbatan Olimpiya İdman Kompleksinin stadonunda keçirildi. “Energetik”i qəbul edən “Qaradağ-Lökbatan” 5 cavabsız qolla sevindi.

QƏRB DERBİSİNDƏ DARMADAĞIN

Lider “Turan Tovuz” Qazaxda “Göyəzən”in qonağı olub. Gözlənildiyi kimi, matç Tovuz klubunun qələbəsi ilə yekunlaşıb. İlk 31 dəqiqədə 3 qol vuran Əsgər Abdullayevin komandası matçın taleyini elə birinci hissədə həll edib. Qış fasiləsində istənilən səviyyədə hazırlıq keçə bilməyən, heyətinə yeni futbolçular cəlb etməkdə çətinlik çəkən “Turan-Tovuz” ilk sınaqdan alnıaçıq çıxsa da, “Göyəzən” üzərindəki qələbəni qəhrəmanlıq kimi təqdim etmək çətindir.

Lider kimi onun ən yaxın izləyicisi “Zaqatala”nın da oyununda azarkeşlər 4 qola tamaşa ediblər. Lakin Şaban Şirdanovun komandası 3 xalı heç də asanlıqla qazanmayıb. İlk hissənin sonuna 10 dəqiqə qalmış hesabı açan “Zaqatala” ikinci yarının ortasında qapısında qol görüb. Amma “Rəvan”ın sevinci elə də çox çəkməyib. Hesab bərabərləşəndən cəmi 3 dəqiqə sonra qapıları səhv salan Tagim Novruzov yenidən “Zaqatala”nı hesabda önə keçirib. Az sonra daha bir dəfə fərqlənən meydan sahibləri 3 xalı 3 qolla qazanıb.

“ŞƏMKİR” VƏ “QARADAĞ-LÖKBATAN”DAN QƏLƏBƏ, “AĞSU” UDUZDU

Qış fasiləsində heyətini xeyli gücləndirən “Şəmkir” 2017-ci ildəki ilk rəsmi oyununda qələbəni çətinliklə əldə edib. Uzun müddət “Şahdağ”ın qapısına yol tapa bilməyən Qərb təmsilçisi, yalnız 80-cı dəqiqədə yeni transfer Fərmayıl Əliyevin vurduğu qolla istəyinə çatıb.

Turun ən böyükhesablı qələbəsinə “Qaradağ-Lökbatan” imza atıb. Öz meydanında “Energetik”i sınağa çəkən Azər Bağırovun komandası rəqibinə güzəştə getməyib - 5:0.

Maraqla gözlənilən qarşılaşmalardan biri İmişlidə oynanılıb. Turnir cədvəlində bir-birinə yaxın olan “Mil-Muğan” və “Ağsu”nun görüşü maraqlı alınıb. Gərgin şəraitdə keçən matçda qələbəni meydan sahibləri bayram edib. İkinci hissəsinin ortalarında 6 dəqiqə aralığında 2 qol vuran Aqil Məmmədovun komandası II dövrəyə uğurla start verib.

MƏRKƏZİ OYUNDA 2 QOL

Turun mərkəzi matçı “Bayıl Arena”da oynanılıb. MOİK “Səbail”lə üz-üzə gəlib. Görüşdən əvvəl favorit hesab olunan “Səbail” statusunu doğruldub. Düzdür, ilk yarıda qapılara qol vurulmayıb. Amma fasilədən sonra nominal qonaqlar MOİK-in müqavimətini qırıb. Bayram Budaqov və Eltun Yaqublunun vurduğu qollar “Səbail”ə 3 xal qazandırıb. Bununla da Yaqublu yeni klubunun heyətindəki ilk rəsmi oyunda qol vurmağı bacarıb. Amma hər iki qolda “hərbçilər”in müdafiədə kobud səhvə yol verdiyini də qeyd etməliyik. İstənilən halda, qələbə sayəsində “Səbail” liderlərdən uzaq düşməyib.

“Bakılı” və “Şərurspor” arasında baş tutan oyunun taleyini isə 1 qol həll edib. Hakimin matçın sonuna əlavə etdiyi 1-ci dəqiqədə qələbə qolunu vuran “Şərurspor” turnir cədvəlində 7-ci pilləyə yüksəlib.

FUTBOLXEBER.AZ

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31