18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Sumqayıt”la oyunun qəhrəmanı: “Qolları sıralayacam”

Bu gün Topaz Premyer Liqasının XVIII turu çərçivəsində “Neftçi” doğma meydanda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. Matçdan sonra ev sahibi komandanın yeni transferi – fransalı hücumçu Uqo Barqas Futbolxeber.az-a müsahibə verib:
 
- İlk dəqiqələrdən oyunumuzu özümüz çətinləşdirdik. Erkən qol vurmaq istəyirdik. Amma ilk hissədə buna nail ola bilmədik. İkinci hissədə də qol axtarışına çıxdıq. Lakin yenə də işimiz çətin oldu. Çünki rəqib qapıçı saxşı oyun göstərdi. Bu çıxışına görə onların qapıçısını təbrik edirəm. Buna baxmayaraq, sonda gözlədiyimiz qol gəldi və biz qələbə qazandıq. Mən də bu münasibətlə komanda yoldaşlarımı, rəhbərliyi, azarkeşlərimi təbrik edirəm.  
 
- Hava şəraiti oyununuza nə dərəcədə mənfi təsir göstərdi?
- Əlbəttə ki, hava şəraiti oyunumuza mane oldu. Buna baxmayaraq, hücumlar qurub, epizodlar yarada bildik. Amma hava şəraiti yaxşı olsaydı, bəlkə, bundan da çox epizodlar yarada bilərdik. Komanda şəklində sona qədər mübarizə apardıq, axatardığmız qolu sonda vurub, qələbə qazana bildik. Qələbəyə də layiq idik. Bunu ilk dəqiqələrdən nümayiş etdirirdik. 
 
- Məşqçi səni meydana buraxanda konkret olaraq, hansı tapşırıqları verdi?
- Məşqçi tapşırıq verəndə dedi ki, oyunun sonlarına az qalıb və fürsənt düşən kimi qapıya zərbələr endir. Bu zərbələrdən biri qola çevrilə bilər.  Mən də məşqçinin dediklərin əməl etdim və bu zərbələrdən biri qol oldu. Hər bir oyunçu üçün qol vurmaq onu növbəti oyuna daha yaxşı motivasiya edir. İnanıram ki, növbəti oyunlarda qollarımı sıralayacam. 
 
- “Neftçi” 3-cü dövrədə 4-cü oyununu keçirsə də, sən ilk dəfə idi ki, evdə çıxış edirdin. Bu barədə təəssüratların necədir?
- Evdə ilk oyun idi. Açığı, bu cür ab-hava gözləmirdim və çox xoşuma gəldi. Azarkeşlər hər bir dəqiqə bizə dəstək oldular. Çalışacağıq ki, azarkeşlərimizi növbəti oyunlarda da sevindirək. 
 
- Tamaşaçı olsaydın, bu oyunda yeganə qolu vuraraq komandasını sevindirən futbolçunu seçərdin, yoxsa əla oyun göstərən rəqib qapıçını?
- Əlbəttə, qapıçı çox yaxşı oyun nümayiş etdirdi, bunu danmaq olmaz. Amma bu cür matçlardan qol vuran futbolçu oynun ən yaxşısı sayılır. Mən də özümü seçərdim. Bunun üçün də yaxşı mükafat gözləyirəm (gülür).
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30