25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Abasov: “Haramları olsun”

Bu gün Topaz Premyer Liqasında XVIII tura yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, günün ikinci oyununda “Neftçi” doğma meydanda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. “Bakcell Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Samir Abasov məğlubiyyəti belə şərh edib:
 
- 7 məğlubiyyətsiz oyundan sonra uduzduq. Qismət belə imiş. Bundan da çətin oyunumuz AZAL-la evdə baş tutacaq. Bu gün danışalacaq bir şey yoxdu. Hava şəraiti oynamağa imkan vermədi. “Neftçi” qələbəyə layiq idi. Rəqibi təbrik edirəm. Çox gücləniblər. Bizim “Neftçi” eyni “Neftçi”di.
 
- Fasilədən sonra nə baş verdi? Çünki ilk yarıda komanda daha inamlı təsir bağışlayırdı…
- Hava şəraiti oynamağa imkan vermirdi. Yoxsa, ciddi dəyişiklik baş vermədi. Sadəcə, “Neftçi”nin təzyiqinə tab gətirmədik.
 
- Komandanın gələcək planları necədi? Bir də ki, oyunun son dəqiqələrində azarkeşlərlə nə baş vermişdi?
- Heç bir planımız yoxdu. Azərbaycanda plan qurmaq nə dərəcədə uyğundu bilmirəm. Bilmirəm haranın azarkeşləri idi. Haramları olsun. Bu cür komanda yaratmışıq, ancaq belə ifadələr işlədirlər. Mən onları heç “Sumqayıt” azarkeşi də saymıram. Təhqir olmadı, sadəcə, elə sözlər dedilər ki, onu heç cür qəbul eləmək olmaz.
 
- Bunun təxribat olmaq ehtimalı var?
- Təxribat olduğunu düşünmürəm. Bəlkə də, bizdə oynayan oyunçuların qohumlarıdı. Belədisə, böyük səhv edirlər.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30