20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Tərlan Əhmədov: “Komandamı tanıya bilmədim”

Bu gün Topaz Premyer Liqasında XVIII tura yekun vurulur. Futbolxeber.az-ın məlumatına görə, günün ilk oyununda AZAL doğma meydanda “İnter”ə 0:1 hesabı ilə uduzub. “AZAL Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Tərlan Əhmədov məğlubiyyəti belə şərh edib:
 
- Bu gün komandamı tanıya bilmədim. “Qarabağ” və “Qəbələ” ilə oyunlarda sərgilədiyimiz futboldan əsər-əlamət yox idi. Bəlkə də, üzərimizdə təzyiq var. Amma bu, bəhanə deyil. Görəcəyimiz işlər çoxdu. Buraxdığımız bütün səhvləri aradan qaldırmalıyıq. Hücumla yarımmüdafiənin əlaqəsi yox idi. Səvlərimiz həddən artıq çoxdu. Rəqibi təbrik edirəm. 
 
- AZAL ötən mövsüm də “İnter”lə bacarmırdı, elə bu il də onlara qarşılaşmalar sizin üçün uğursuz keçir...
- Hər komandanın arzuolunmaz rəqibi var. “İnter”də bizim üçün belədi. 3 ildi buradayam, onlara qalib gələ bilmirik. Rəqib 5 müdafiəçi ilə oynayır. Bəlkə də, buna görədi. Belə komandalara qarşı fərdi ustalığı önə çəkmək lazımdı. Futbolçularımızın oyunları alınmadı.
 
- Ötən oyunlardakı hakim səhvləri və “Neftçi”nin sizdən aralanmasının təsiri var?
- 3 tura baxanda çox aşağı səviyyədə oynadıq. Hamının səhvi olur. Komandam qapıya top vura bilmirsə, hakimləri çox günahlandırmaq olmur. Bizim vaxtımızda bu cür şərait yox idi, amma futbolçular indi zəif cəhətləri üzərində işləmir. Peşəkar oyunçu hər şəraitdə oynamalıdı. Komandamız zəif oynayırsa, keçmişdə olanlar bəhanə deyil. (Futbolinfo.az)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30