23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Abbasov: “Artistlik etmirik”

Bu gün Topaz Premyer Liqasında XVIII tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, günün ikinci oyununda “Zirə” doğma meydanda “Qəbələ” ilə 2:2 bərabərə qalıb. Zirə İdman Kompleksinin stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Ayxan Abbasov heç-heçəni belə şərhə edib:
 
- Oyuna ciddi hazırlaşmışdıq. Bundan əvvəlki matçda məğlub olmuşduq. Buna görə də ardıcıl ikinci məğlubiyyəti almaq istəmirdik. Məqsədimiz avrokuboklara vəsiqə əldə etməkdi. Üstəlik, evdə oynayırdıq. “Qəbələ” də güclü komandadı, son illər öz sözünü deməyi bacarır. Rəqib 10 nəfərlə qalsa da, qol vura bildi. Amma sonra iki hücumçuya keçdik və bərabərlik qolunu vurduq. İki futbolçu ilk dəfə idi ki, start heyətində yer alırdı. Onlar qarşıdakı görüşlərdə daha yaxşı olacaq. Çalışacağıq, xallarımızın sayını artıraq.
 
- İctimaiyyətdə belə fikir formalaşıb ki, “Zirə” “Qarabağ”a bu cür sürətli oyun təklif etsəydi, xal ala bilərdi. Bununla razısınızmı?
- İlk dəfəki özümə borc bilirəm ki, buna cavab verim. Futbol oynayanda da bu tip hallar yaşamışdı. Vaxtilə “Qarabağ” – AZAL matçında da eyni söz-söhbətlər yaranmışdı. Heç vaxt bu söhbətlərə getməmişik, məşqçi kimi də getməyəcəyik. Debüt etdiyimiz ötən mövsüm gümüş medal qazandıq. Paxıllıq yaranıb. Azərbaycan futbolunun problemi budu. Bizim sponsorumuz başqa, onlarınkı başqa. “Qarabağ” güclüdü və onlara qarşı oynamaq çətindi. Bu gün onlara rəqib yoxdu. “Qəbələ” də çempionluğa oynayır, amma “Qarabağ” tam fərqli oyun göstərir. Düzdü, “Qarabağ”da oynamışam. Amma Qurban Qurbanov gəlib deməyəcək ki, oyunu verin. Orda münasibətim yaxşı olan futbolçular var. Ötən mövsüm “Qəbələ”yə 3 oyunçu vermişdik. O demək idi ki, onlara oyun verməliyik? Ən çox “Qarabağ”a qalib gəlmək istəyirəm. Onlarla oyunumuz alınmır, bizdən üstündülər.
 
- İlk 20-25 dəqiqədə hücumda çoxala bilmirdiniz. Hesab 1:1 olarkən də eyni vəziyyət yaranmışdı...
- Biz hücumda ən azı 5 nəfərlə iştirak etmək istəyirdik. Amma cinah müdafiəçilərimiz hücuma az qoşulurdular. Bu da rəqibin təzyiqindən irəli gəlirdi. “Qəbələ” də qapımızda ciddi vəziyyət yarada bilmirdi. Amma ikinci hissədə daha baxımlı oynadıq. Bu həftə standart vəziyyətlər üzərində işləmişdik. Çünki “Qəbələ”nin bu baxımdan problemi olduğunu bilirdik. Qol buraxmağımız isə ani epizod oldu, müdafiəçinin ayağı sürüşdü. Ozobiç də çox yaxşı oyunçudu, bunu qaçırmadı.
 
- Sizə elə gəlmir ki, “Qarabağ”la oyundakı məqamlar söz-söhbətlərə zəmin yaradır? Komandanın bu rəqiblə matçda sarı vərəqə almaması, Elvin Məmmədovu əvəzləməyiniz müəyyən şübhələrə əsas verdi...
- Bununla razı deyiləm. Elvin Məmmədov “Qarabağ”la görüşü zəif keçirdi. Açığı, onu meydana buraxmaq istəmirdim. Amma özü çox oynamaq arzusunda idi. 3 gündən bir oynayırdı yorulmuşdu. Əks-hücumdan oynamaq istəyirdik. Elvin Məmmədov birinci hissədə istədiyim kimi oynamadı. 3 hücumçu buraxmışdım. Uduzmaq istəsəydim, 3 hücumçu ilə oynayardım? “Real” – “Barselona” oyununda da bəzən vərəqə olmur. Oyun belə gətirib, vərəqə verilmirsə, buna biz nə edək. “Qarabağ”ın ciddi qol vəziyyətləri olmurdu. Sadəcə, müdafiədən çıxa bilmirdik. Futbolçularımızda “Qarabağ”a, “Qəbələ”yə qarşı qorxu hissi var. Güclü legionerlər də Azərbaycanda bu komandanı tanıyırlar. “Zirə”ni yavaş-yavaş tanıyacaqlar. Çıxıb meydanda bu cür artistlik etmirik.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30