29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qriqorçuk: “Başlarını aşağı salıb öz işlərini görsünlər”

Bu gün Topaz Premyer Liqasında XVIII tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, günün ikinci oyununda “Zirə” doğma meydanda “Qəbələ” ilə 2:2 bərabərə qalıb. Zirə İdman Kompleksinin stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Roman Qriqorçuk heç-heçəni belə şərhə edib:
 
- Komandamdan razı qaldım. Öz üslubumuzda oynadıq. Yaxşı qol imkanlarımız oldu. Bu gün süni meydança bizə mane oldu. Bura alışmaq lazım idi. Daha sonra vəziyyət düzəldi. Təəssüf ki, standart vəziyyətdən 2 qol buraxdıq. Uşaqlar ümumilikdə yaxşı oynadılar. Onlara demişəm ki, başlarını aşağı salıb öz işlərini görsünlər”.
 
- Qələbənin əldən getməyində psixoloji gərginliyin nə dərəcədə rolu oldu?
- Yaxşı oyun göstərib nəticə əldə etməmişik. Buna görə pərt olmamalı, əksinə başımızı dik tutmalıyıq. Düzdü, səhvlərdən qollar buraxdıq. Amma motivasiyanı itirmək günü deyil.
 
- Rasim Ramaldanovun da qırmızı vərəqə almasından sonra komandada ciddi müdafiəçi problemi yarandı. “Qarabağ”la görüşdə bu amil sizə nə kimi problem yarada bilər?
- Hazırda vəziyyət belə alındı. Məşqdə, oyunda hər şeyi düzgün etməklə yanaşı, şans da sənin tərəfində olmalıdı. Nə edə bilərik. Başa düşürük ki, vəziyyət belədi. Əhvalımızı korlamamlı, öz işimizi düzgün qurmalıyıq. Ağlayası deyilik ki?
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31