25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Taktiki təhlil: “İNTER” - “NEFTÇİ” 1:3

Extratime.az saytının futbol eksperti Samir Vəliyev Topaz Premyer Liqasının XVI turu çərçivəsində keçirilən “İnter” - “Neftçi” (1:3) oyununu taktiki təhlil edib.

Futbolxeber.az saytı həmin yazını təqdim edir:

Zaur Svanadze eyni taktiki sxemə sadiq qalmışdı. Elnur Abdullayevin yoxluğunda yaradıcılıq qabiliyyəti yüksək olan Mirhüseyn Seyidovun şans qazanacağı gözlənilirdi. Amma gürcü mütəxəssis müdafiəçi Skarlatakeni həmin mövqedə oynatmaq qərarına gəlmişdi.

“Neftçi”də isə daha çox dəyişiklik diqqət çəkirdi. Cəzalı Ruslan Abışovun mövqeyində Tərzin Cahangirov oynayırdı. Hücumda ilk dəqiqələrdən Daniel Seqovia yer almışdı. “Çərçivə” isə legioner limitinə görə Baykoviçə yox, gənc Maksim Vayloya həvalə edilmişdi. Elxan Abdullayevin daha bir dəyişikliyi İqnasio Herreranın mövqeyi ilə bağlı idi. Belə ki, ilk rəsmi matçını “Qarabağ”a keçirən çilili futbolçu həmin görüşdə mərkəzdə çıxış etmişdisə, bu dəfə sol cinaha çəkilmişdi. Bu addımın özünü tam doğrultduğunu söyləmək olar. Öz cinahında xeyli fəal olan, qapı qarşısına təhlükəli ötürmələr edən Herrera komandasının oyununu xeyli gücləndirirdi.

Oyunun ilk dəqiqələrdən “İnter” özünə bənzəmirdi. Komanda normal hücum qurmağa belə çətinlik çəkirdi. Bunun da əsas səbəbi “Neftçi”nin daha hərəkətli və istəkli oynaması, meydanboyu rəqibə pressinq tətbiq etməsi idi. Top “ağ-qaralar”a keçdikdə isə komanda sürətli və təktoxunuşlu ötürmələrdən istifadə edir, rəqib müdafiəsində çaşqınlıq yaratmağa çalışırdı. Daniel Seqovianın heyətdə yer alması isə “Nefçi”nin hücum xəttini tamam dəyişdirmiş və xeyli gücləndirmişdi. 190 sm boya malik forvard bir qədər ağır olsa da, həm hava mübarizələrində yaxşı oynamaqla komandasına “ikinci mərtəbə”də üstünlük qazandırır, həm də tez-tez yaxşı mövqe seçimi, boş zonalara açılması ilə hücumlara rəngarənglik qatırdı. Bundan başqa o, bəzi epizodlarda uzun ayaqlarından istifadə edərək, topu ələ keçirməsi ilə də yadda qalırdı. 13-cü dəqiqədə məhz Seqovia öz fərdi keyfiyyətlərindən yararlanaraq, hesabı açmağa nail oldu.

“Neftçi” qoldan sonra da hücumlarını davam etdirdi. Komandasının “ikinci mərtəbə”də üstünlüyünü görən Herrera tez-tez cərimə meydançasına asmalar etməyə çalışırdı ki, məhz belə asmaların birində boşda qalan Namiq Ələsgərov 2-ci topu rəqib qapısından keçirdi. Lakin bu qoldan onra “Neftçi” futbolçularında bir boşalma hiss olunmağa başladı. Komanda əvvəlki kimi pressinq tətbiq etmədiyindən və arxayınlaşdığından oyun dəst-xəttindəki nizam da bir qədər pozuldu. Nəticədə “əl-qolu açılan” “İnter”in üstünlüyü ələ keçirdi və 35-ci dəqiqədə Rauf Əliyev toplardan birinin əvəzini çıxdı.

İkinci hissə də “İnter”in fəallığı ilə başlasa da, çox keçmədən “Neftçi” özünü toparladı və çox lazımi anda 3-cü qolu vurmağa müvəffəq oldu. 1:3-dən sonra Zaur Savanadzenin dərhal mərkəz müdafiəçilərindən birini çıxararaq, hücumu gücləndirəcəyini gözləmək olardı. Amma o riskə getmədi və əvvəlcə Tərlan Quliyevin əvəzinə Mirhüseyni meydana buraxaraq, Fuadı Tərlanın mövqeyinə çəkdi, daha sonra isə İlkin Qırtımov - Abbas Hüseynov dəyişikliyinə getdi. Bu dəyişikliklərdən sonra taktiki sxem yenə də 5-4-1 şəklində qaldı və komandanın oyununda heç bir canlanma hiss olunmadı. Svanadze yalnız 81-ci dəqiqədə Zurab Xizanişvili – Məmməd Quliyev dəyişikliyi ilə dördlü müdafiəyə keçmək qərarına gəldi.

Bundan sonra “İnter”in taktiki düzülüşü 4-5-1 şəklini aldı. Bəlkə də gürcü məşqçi bu sxemin hücum zamanı 4-3-3-ə çevriləcəyini gözləyirdi. Lakin gözləntilər özünü qətiyyən doğrultmadı və komandanın hücum potensialı artmadı. Nəticədə meydan sahibləri hətta hesab arasındakı fərqi azaltmaq üçün belə real qol vəziyyəti yaratmağı bacarmadılar.

Qeyd edim ki, Svanadze Kaxaber Sxadadzedən qalmış taktiki sxemdən yararlansa da, onun kimi riskə getməyi bacarmır. Çünki Sxadadze komandası yenik duruma düşərkən dərhal mərkəz müdafiəçilərindən birini hücumçu ilə əvəzləyərək, 4-4-2 sxeminə üstünlük verərdi. “Neftçi” ilə oyunda da Zaur Svanadze 1:3-dən sonra yubanmadan taktikanı dəyişməli, komandasını məsələn belə oynatmalı idi:

 




Ad: Rahib;   E-mail: [email protected]

11.02.2017 19:04

Dogru yazidi.Svanadze qorxaqdi.Eger axirinci sekilde kimi oynasaydi belke de uda da bilerdi.
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30