25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Qurban Qurbanov: “Onun dedikləri mənim üçün maraqlı deyil”

"Həmin legionerin dedikləri futbolçuya yaraşmayan söhbətdir. Onun klubla problemi olub və ya hər hansa fikir mübadiləsi aparıbsa, nə mən, siz, nə də digərləri orda olub".

Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri sportnet.az-a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bildirib.

Moldovalı sabiq futbolçu İon Testimitsianu vətənində verdiyi müsahibədə keçmiş komandası Bakı "İnter"inin 2008/09 mövsümündə çempionluğu və ölkə kubokunu satdığını açıqlayıb.

Məlum olduğu kimi, həmin mövsüm ölkə kubokuna finalda "İnter"i 1:0 hesabı ilə məğlub edən "Qarabağ" yiyələnib. Bu, hazırkı baş məşqçi Qurban Qurbanovun komandada debüt mövsümü olub və bunu ilk titulunu qazanmaqla qeyd edib.    

45 yaşlı mütəxəssis belə söhbətlərin işinə, ümumiyyətlə, komandasına mənfi təsir göstərmədiyini söyləyib: “Çalışırıq ki, hər şey alın-tərimizlə olsun. Allah qarşısında düzgün olaq. Allah şahiddir ki, kiçik söhbət yaransa, bunun ehtimalı olsa belə, dərhal bundan uzaq oluruq. Ona görə də həmin moldovalı futbolçunun dediklərini müzakirə etməyə belə mənim marağım yoxdur. Başımızı salıb işimizi görməyə, belə söz-söhbətlərdən uzaq olmağa çalışırıq".  

Qurbanovun sözlərinə görə, bu cür söhbətlər hər il bir neçə dəfə ortaya atılır: "Görürsən ki, belə açıqlamalar kimlər tərəfindənsə ortaya atırlar. Buna görə onun dediklərini məncə, boş vermək lazımdır. Mənim üçün bir o qədər maraqlı deyil. Sizlər, mətbuat da boş verin". 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30