20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Ozobiç: “2 qol vurmağım deyil, 3 xalı qazanmağımız vacib idi”

“Qəbələ” Topaz Premyer Liqasının XVII turunda AZAL-a 2:0 hesabı ilə qalib gəlib.

Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar” xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiçin vurduğu 2 qolla qələbə qazanıb.

Xorvatiyalı legioner qarşılaşma haqda fikirlərini gabalafc.az saytına açıqlayıb: “Asan oyun olmur. AZAL-la qarşılaşma da istisna deyil. Bütün görüşlərdəki kimi yenə ağır və gərgin oyun keçdi. Rəqibimiz hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşsa da, kifayət qədər yaxşı futbol nümayiş etdirdi. Buna baxmayaraq, hesab açılana qədər də qol imkanlarımız oldu. Düşünürəm ki, fərqlənməyimiz üçün hücumların sonunda bir az uğur çatmırdı. Amma komandamızın heyətində xeyli sayda yüksək ustalıq səviyyəsinə malik futbolçular var. Bu da sonda sözünü dedi və 2 qol vura bildik”.

Vurduğu qolların sayını 9-a çatdırıb, bombardirlər yarışında vahid liderliyi ələ alan Ozobiç “Qəbələ”də ilk dubluna imza atıb. Sonuncu dəfə vətənində “Slaven”in heyətində çıxış edərkən bir oyunda 2 qol vuran orta sahə oyunçusu 1004 gündən sonra dubl rəsmiləşdirib. 2014-cü il mayın 11-də “Zadar” üzərində qələbəyə 2 topla töhfə verən Filip dubl və bombardirlik haqda yox, yalnız qarşıdakı matç barədə düşünür: “Hələ “Slaven”də çıxış etdiyim vaxt imza atdığım sonuncu dublu yaxşı xatırlayıram. Amma bu dəfə 2 qol vurmağım deyil qalib gəlib, bu üç xalı qazanmağımız vacib idi. Dubla imza atmağım, çempionluq və bombardirlik haqda danışmaq istəməzdim. Çünki yalnız qarşıdakı görüşə köklənib, həmin matçı düşünürük. “Zirə” ilə həmin qarşılaşmaya da qələbə üçün çıxacağıq. Səfərdən 3 xalla qayıtmaq istəyirik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30