18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Kəpəz” ailəsinin bir üzvü olduğum üçün sevinirəm”

“Kəpəz” bir müddət komandanın heyətində baxışda olmuş Əli Nurini sıralarına qatıb. 
 
Futbolxeber.az-ın məlumatına görə, yarımmüdafiəçi mövqeyində oynayan Nurinin 21 yaşı var. O, Gəncə klubunda 68 nömrəli formada çıxış edəcək. Əli “Zirə” və “Kəpəz”in əvəzedici komandaları arasında keçirilən oyunda “sarı-göylər”in heyətində debüt edib. Futbolçu əsas komandaların matçında isə “18-lik”də yer alıb.
 
Nizami yurdunun təmsilçisi ilə mövsümün sonuna kimi müqavilə bağlayan Əli Nuri komandaya keçidi ilə bağlı klub saytına açıqlama verib: “Kəpəz” ailəsinin bir üzvü olduğum üçün sevinirəm. Böyük tarixi olan kluba keçmişəm. Mənə etimad göstərən, inanaraq komandaya cəlb edən baş məşqçimizin ümidlərini doğrultmağa çalışacağam. Məqsədim “Kəpəz”in uğur qazanmasına yardımçı olmaqdır. Komandamızın böyük azarkeş ordusu var, onların sevgisini qazanmaq istəyirəm”.
 
Qeyd edək ki, Nuri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasına da dəvət alıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30