20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qriqorçuk və Deriberin cəzalandı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 
 
Futbolxeber.az-ın məlumatına görə, toplantıda Topaz  Premyer Liqasının XVI tur oyunları ilə bağlı da cəzalar açıqlandıb. Sizi həmin qərarlarla tanış edirik:
 
AZAL – “Qarabağ” matçının 45+3-cü dəqiqəsində ev sahibi komandanın futbolçusu Sadio Tounkara ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
 
“Qəbələ” – “Neftçi” matçında ev sahibi komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
 
Oyunun 90+1-ci dəqiqəsində “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk və “Neftçi”nin məşqçisi Oleksandr Deriberin texniki zona qaydalarını pozduqlarına görə hər iki məşqçi 1 oyun cəzalanıb, Qriqorçukun bu halı ikinci dəfə təkrarlandığı üçün klub 1600 manat, “Neftçi” isə 800 manat cərimə olunub. Anoloji hadisənin yenidən təkrarlanacağı təqdirdə klublara daha ağır sanksiya tətbiq olunacağı bildirilib.
 
“Zirə” – “Kəpəz” matçında ev sahibi komandanın 5,  qonaqların isə 4 futbolçuları sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 800 manat cərimə olunu.
 
Oyunun 28-ci dəqiqəsində “Zirə”nin futbolçusu Sezar Meza Kolli və  oyunun 90+3-cü dəqiqəsində “Kəpəz”in futbolçusu Renan Da Silva aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyun cəzalanır, klublar 1600 manat cərimə olunub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30