19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

AZAL-ın 350-si uğursuz alındı

AZAL klubu Premyer Liqada 350-ci oyununu keçirib. 
 
Futbolxeber.az-ın məlumatına görə, paytaxt təmsilçisinin yubileyi Topaz Premyer Liqasının XVI turuna təsadüf edib. Tərlan Əhmədovun yetirmələri öz meydanında “Qarabağ”la qarşılaşıb. Bakılılar yubiley matçında hesabı açsa da, meydanı məğlub tərk edib – 1:2.
 
Paytaxt təmsilçisi ölkə çempionatının yüksək liqasında keçirdiyi 350 oyunda 127 qələbə qazanıb, 102 heç-heçə edib və 121 dəfə məğlub olub. 374 qola sevinən paytaxt klubu 359 top buraxıb. Bakılılar 350 oyundan 175-ni ev, 175-ni səfərdə keçirib.
 
Premyer Liqada 2005/06 mövsümündə debüt edən “təyyarəçilər” 13 çempionat ərzində “Olimpik” və “Olimpik-Şüvəlan” adları altında da çıxış edib. Paytaxt təmsilçisi Premyer Liqada ən çox oyun keçirən komandalar arasında 9-cudur.
 
Xatırladaq ki, AZAL ilk oyununu 2005-ci il avqustun 12-də öz meydanında “Xəzər Lənkəran”a qarşı keçirib və 0:2 hesabı ilə uduzub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30