29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

“2 xaldan məhrum olduq”

Bu gün Topaz Premyer Liqasında XVI tura yekun vurulub.
 
Futbolxeber.az-ın məlumatına görə, günün ikinci və son matçında “Sumqayıt” evdə “İnter”lə 2:2 bərabərə qalıb. “Kapital Bank Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Zaur Svanadze heç-heçəni belə şərh edib: 
 
- Ümumilikdə, uşaqlardan razı qaldım. Hər komanda məzmunlu futbol sərgilədi. Təəssüf ki, son dəqiqələrdə qol buraxıb, 2 xaldan məhrum olduq. Futbolda bu cür hallar olur. Növbəti oyuna hazırlaşacağıq.
 
- İki fərqli hissə izlədik. İlk yarıda hücumlarınız uğurlu alınmırdı. Fasilədən sonra isə komandanız aktivləşdi. Bunu rəqibin yorğunluğu, yoxsa Slavik Alxasovun döyüşə atılması ilə əlaqələndirirsiniz?
- Fasilədə uşaqlara artıra biləcəklərini dedim. Tempi ikinci hissədə artırdıq. Slavik də oyuna yaxşı qoşuldu.
 
- "Sumqayıt" 6-cı oyundu ki, məğlub olmur. Təcrübəli mütəxəssis kimi, bunu nəylə əlaqələndirərsiniz?
- Məşqçi əliylə. Futbolçuları sonadək mübarizə aparır. Bu vəhdət də faydasını verir.
 
- Ağabala Ramazanovun gedişindən sonra cinahdakı aktivlik azalıb. Bu da Rauf Əliyev üçün boş zonaların yaranmasında problem yaradır. Forvardınızı "öz boşqabına" qaytarmaq üçün hənsısa təblər var?
- Fikrinizlə ancaq qismən razılaşıram. Çünki Əliyev qış fasiləsindən sonrakı 2 oyunda 2 qola imza atıb. Əlbəttə, səhvlər olur. Ancaq Rauf bütün oyunlarda döyüşür.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31