19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Azarkeşləri “Kəpəz”i boykot etdi

Bu gün Topaz Premyer Liqasında XVI tura yekun vurulur.
 
Futbolxeber.az-ın məlumatına görə, günün ilk matçında “Kəpəz” səfərdə “Zirə” ilə üz-üzə gəlir. Hazırda Bakıda - Zirə İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmada qonaq komanda dəstəksiz qalıb.  Azarkeşləri Gəncə klubunu baykot edib.
 
Məsələ ilə bağlı “Kəpəz”i dəstəkləyən "Xəmsə" müstəqil fan-klubu bəyanat yayıb. Sizi həmin mətnlə tanış edirik: “İllərdir ki, "Kəpəz"in hər addımında yanında olub onu dəstəksiz qoymayan "Xəmsə" müstəqil fanat klubu komandanın bərbad çıxışı, Gəncə şəhər stadionunun, idman bazasının yararsız vəziyyətinin aradan qaldırılması istiqamətində klub rəhbərliyi tərəfindən heç bir addımın atılmaması, "Kəpəz"i faktiki olaraq Bakı klubuna çevirməsinə etiraz olaraq komandanın oyunlarını qeyri-müəyyən müddətə boykot edir. Növbəti mərhələlərdə etiraz olaraq başqa addımların da atılması nəzərdə tutulur. Boykotun müddəti, etirazların hansı istiqamətdə aparılması, və ya dayandırılmasına qərar Müşahidəsi Şurasının məsələ ilə bağlı rəsmi açıqlamasından sonra qərar veriləcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30