25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Şeydayev Azərbaycanı seçməsinə peşmandı”

Ötən yay “Zenit”dən (Rusiya) “Trabzonspor”a (Türkiyə) keçən, lakin burada heyətə düşə bilməyən Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevə daha bir klub “elçi düşüb”.
 
Futbolxeber.az-ın məlumatına görə, 20 yaşlı hücumçunun adı bu dəfə də Rusiyanın “Arsenal” (Tula) klubu ilə hallanır. “Zenit”in gənclər komandasının baş məşqçisi Boris Rapoport bu barədə açıqlama verib. 
 
Yerli mətbuata danışan çalışdırıcı Şeydayevin Tula təmsilçisinə mümkün keçidi ilə bağlı fikir bildirib: İndi Ramil Şeydayev legioner statusu daşıyır. Bu, Rusiyaya qayıdacağı halda artıq ona neqativ təsir göstərəcək. Ramil “Trabzonspor”da demək olar 1 il itirdi. Bu da az oynamağı ilə bağlıdır. Ramilin hansı vəziyyətdə olduğu da məlum deyil. Ancaq onun potensialı yüksək səviyyədə oynamağa imkan verir. Buna görə Şeydayev Tula “Arsenal”ına kömək edə biləcək. Şeydayev bu komandaya lazımdır”.
 
O, gənc forvardın vətəndaşlığını dəyişərək Rusiyadan getdiyinə görə peşman olduğunu deyib: “Peşman olsa belə, bunu heç vaxt etiraf etməyəcək. Mənə elə gəlir ki, Ramil peşman olub. Hərçənd, dünyada hər şey dəyişir. Pul ön, futbol isə ikinci plana keçir. Şeydayev 3 ildə “Zenit”də çox inkişaf etdi. İndi gənc futbolçulara yüksək maaşlı müqavilə təklif etməklə çox tələsirlər. Mənə elə gəlir ki, əsas komandaya düşəcəyi halda pullar vermək lazımdır”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30