20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Daniel Subotiç: “Qəbələ” çempion olacaq” (MÜSAHİBƏ)

“Qəbələ”nin hücumçusu Daniel Subotiçin Futbolxeber.az saytına müsahibəsi

- “Neftçi” üzərində çətin qələbə qazandınız. Görüşlə bağlı nə deyə bilərsən?

- Çətin oyun alındı. “Neftçi” yaxşı komandadır, baxmayaraq ki, indi turnir cədvəlində yüksək yerlərdən birini tutmur. Yenə də “Neftçi” güclüdür, odur ki 3 xalı çox çətinliklə qazandıq. İlk hissədə hələ hesabı aça bilərdik. Amma şanslardan yararlana bilmədik. Şadam ki, yekunda qələbə qolunu vura bildik. Sonda 3 xal qazandıq və vacib olan məhz bu idi.

- Qolun ofsaytdan vurulması haqda iddia ilə bağlı fikirlərin necədir?

- Nəsə demək çətindir. Mən hesab edirəm ki, ofsayt yox idi. Dəqiq fikir yürütmək üçün təkrara baxmaq lazımdır.

- “Qəbələ”yə qayıdışını qolla qeyd etdin və komandaya vacib 3 xal qazandırdın. Təəssüratlarını bölüşərdin.

- Vurulan qol təkcə mənim yox, komandanın əziyyətinin bəhrəsidir. Qol vurmağımdan daha çox qalib gəldiyimizə sevindim.

- Hazırda hücum xəttində Baqali Dabo kimi güclü rəqibin var. Rəqabət səni qorxutmur?

- Prinsipcə, rəqabət hər komandada olmalıdır. Hər kəs oyunu ilə heyətə layiq olduğunu sübuta yetirməlidir. Rəqabət olmasa, keyfiyyət aşağı düşər.

- Azarkeşlər hesab edir ki, geri qayıdan Subotiç “Qəbələ”ni çempionluğa daşıyacaq...

- “Qəbələ” bu il çempion olacaq. Buna inanıram. Subotiçin neçə qol vurması önəmli deyil. Əsas olan hər oyunda meydana çıxıb, tam gücünlə mübarizə aparıb, qalib gəlməkdir.

- 3 ildən sonra yenidən Azərbaycan Premyer Liqasının oyununda meydana çıxdın. İlkin təəssüratların necədir, səviyyə fərqi hiss olunurdu?

- Hələ ki, yalnız 1 oyunda iştirak etmişəm. “Neftçi”yə qarşı daha əvvəl də oynamışdım. Fərq elə də çox deyil. Bilirəm ki, maddi baxımdan bir qədər dəyişiklik var. Amma yenə də hansısa oyunun zəif keçəcəyini düşünmürəm. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30