18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Göydə Allah var, hər şeyi görür”

Bu gün Topaz Premyer Liqasında XVI tura start verilib.
 
Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ” doğma meydanda “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib. Qəbələ şəhər stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Elxan Abdullayev məğlubiyyəti belə şərh edib:
 
- Komandamdan razı qaldım. Uşaqlar yaxşı oyun göstərdilər. Komandamızda inkişaf var. Yeni hücumçumuz gəlib. Yeni futbolçulara komandaya tam uyğunlaşmaqları üçün bir qədər vaxt lazımdı. 
 
- Buraxdığınız qolda hakim səhvi var idi...
- Bunu hamı görür, mən danışmaq istəmirəm. Çünki bununla məşğul olmaq mənim işim deyil. Mən öz komandamla məşğulam. Göydə Allah var, hər şeyi görür. 
 
- “Neftçi” qış fasiləsindən sonra güclənib. Hücum xəttinə aldığınız oyunçular komandaya xeyir verəcəkmi?
- Bu gün hər ikisi ilk oyununa çıxmışdı. Komanda yoldaşlarını yaxşı tanımırlar. Deməli, öz oyunlarını tam göstərə bilməzlər. İnanıram ki, 3 turdan sonra bizim azarkeşləri qollarla sevindirəcəklər. 
 
- Köməkçinizin texniki zonadan kənarlaşdırılması nə ilə bağlı idi?
- Oyunda biri emosiyasını saxlaya bilir, digəri yox. Yaxşı olardı ki, belə hallar yaşanmasın. Biz bütün diqqətimizi oyuna yönəltməliyik. Bu barədə çox danışmaq istəmirəm. İntizam Komitəsinin iclası olacaq, orda bu məsələyə aydınlıq gətiriləcək. Biri nəsə söz dedi, o biri də ona cavab qaytardı.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30