19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Qriqorçuk: “Çox gülməli və təəccübləndirici haldı”

Bu gün Topaz Premyer Liqasında XVI tura start verilib.
 
Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ” doğma meydanda “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib. Qəbələ şəhər stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Roman Qriqorçuk qələbəni belə şərh edib:
 
- Subotiç yaxşı, qol vuran hücumçu olduğunu sübut etdi. Əlinə düşən tək imkandan maksimum yararlandı Bir müddət öncə bizim hücumçuları tənqid etdim. Amma onları tənqid etməklə yanaşı, həm də  dəstəkləyirəm. Hücumçular uzun müddət qol vura bilməyəndə psixoloji cəhətdən çətin vəziyyətlə üzləşirlər. Bilirəm ki, vurulan 1 qol vəziyyəti dəyişir. 
 
- Bele davam etsə, “Qəbələ”də ən çox qırmızı vərəqə alan siz olacaqsız...
- Sakitləşdirici rekord deyil. Amma rekord rekorddu. Çox gülməli və təəccübləndirici haldı. Mən oyun epizodlarından birinə öz reaksiyamı bildirdim. Bu zaman rəqibin ehtiyat oyunçuların skamyasından bir nəfər mənə qışqırmağa başladım. Ona cavab verəndə isə hakim məni texniki zonadan uzaqlaşdırdı. Heç o adamı tanımıram, bilmirəm ki, məşqçi idi, ya kim idi? Düzdü, bəzən öz səhvimə görə texniki zonadan uzaqlaşdırılmışam. Amma budəfəki vəziyyət fərqli idi. 
 
- “Qəbələ”nin vurduğu qolda ofsayd var idi. Epizodla bağlı nə deyə bilərsiz?
- Epizoda baxmamışam. Düzdü, oyundan sonra eşitdim ki, qol zamanı ofsayd var idi. Biz hakimlərimin səhvləri sayəsində qələbə qazanmağı və məğlub olmağı istəmirik. İstəyirik ki, təmiz oyunlar getsin. Epizoda baxandan sonra tam dəqiqliyi ilə fikrimi səsləndirə bilərəm. 
 
- Son vaxtlar “Qəbələ” ilə “Qarabağ” arasında sanki soyuq müharibə gedir. Bununla bağlı da fikirlərinizi bilmək maraqlı olardı...
- Bu barədə çox danışmaq istəmirəm, öz fikrimi artıq bildirmişəm. İstəyirəm ki, biz məşqçilər öz işimizlə məşğul olaq. Qurban Qurbanova, eləcə də, Elxan Abdullayevə hörmətim böyükdü. “Neftçi” güclənib, yaxşı komandadı. Görünən odu ki, çempionatda rəqabət artıb. Aramızda düzgün, ədalətli mübarizə getməlidi. 10 hakim səhvindən sonra çempion olanda deyəcəklər ki, sən hakimlərin sayəsində çempion oldun. Heç kim bunu istəməz.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30