18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Tərlan Əhmədov: “Futbolçunun maaşını verməkdə çətinlik çəkiriksə…”

"Futbolçularıma təşəkkür edirəm. Yaxşı mübarizə, düzgün oyun göstərdilər". 
 
Futbolxeber.az-ın məlumatına görə, bunu AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib. Topaz Premyer Liqasının XVI turunda "Qarabağ"ı qəbul edən "təyyarəçilər" hesabı açmalarına baxmayaraq, üstünlüyü sona qədər qoruya bilməyib. Bir hissə azlıqda oynayan baklılar 1:2 hesablı məğlubiyyətlə barışmalı olublar.
 
Matçdan sonra keçirilən mətbuat konfransında Əhmədov oyunçularından razılıq bildirib: "Azlıqda qalmağımıza baxmayaraq, müdafiədə düzgün oynadıq. Amma futbolun yazılmayan qanunları var. Qarşıda bizi ağır 12 oyun gözləyir. Yeni gələnlərdən Madonun 6 kq-a qədər artıq çəkisi var. Amma, inşallah, "Qəbələ" ilə görüşdə iştirak edəcək. Omeqa çox xoşuma gəldi".
 
- Qırmızı vərəqə epizodunu necə şərh edərdiniz?
- Bu barədə heç nə demək istəmirəm. Futbolda belə hallar olur, bunu təbii qarşılamaq lazımdı.
 
- Amma meydanda təbii qarşılamadınız...
- Meydançada hər şeyi soyuq başla təhlil edirsən. Biz istəsək də, istəməsək də, hakim səhvləri var. Öz futbolçumla da söhbət etdim, onları tənbeh etdim. İlk sarını nəyə görə verdiyini bilmədim. Tounkaranın ayağında iki deşik var idi. İkinci sarını veribsə, deməli, var idi. Danışmağın nə xeyri var?
 
- "AZAL Arena"nın durumu qənaətbəxş deyil. Bunun oyununuza nə kimi təsiri oldu?
- Məni ot örtüyü yox, maliyyə durumu düşündürür. Futbolçunun maaşını verməkdə çətinlik çəkiriksə, ot örtüyündən danışmağa ehtiyac yoxdu. (Apasport.az)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30