18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Qarabağ” - “Neftçi” matçının taktiki təhlili

Azərbaycan Premyer Liqasında XV turunda “Qarabağ” doğma meydanda "Neftçi" ilə 1:1 bərabərə qalıb. 
 
Futbolxeber.az-ın məlumatına görə, "Extratime" saytının əməkdaşı Samir Vəliyev bu matçı taktiki cəhətdən təhlil edib. Sizi həmin materialla tanış edirik:
 
“Qarabağ”ın heyətində yeni transfer Ağabala Ramazanovun start heyətində yer alması diqqət çəkirdi. Riçard Almeydanın yoxluğunu Rahid Əmirquliyev unutdurmalı idi. “Çərçivə” isə gənc futbolçu limitinə uyğun gələn Şahruddin Məhəmmədəliyevə tapşırılmışdı.
 
“Neftçi”yə gəlincə, yenilənmiş komandanın necə təsir bağışlayacağı hər kəs üçün maraq doğururdu. Son çempionat oyunu ilə müqayisədə bu dəfə flaqmanın heyətində 6 yeni futbolçu (Petrov, Dreksa, Navalovski, Abışov, Folprext, Herrera) yer almışdı.
 
“Neftçi”də dəyişən təkcə adlar yox, həm də oyun üslubu idi. Matçın ilk saniyələrindən “ağ-qaralar”ın “Qarabağ”ın hətta müdafiə xəttinə belə pressinq tətbiq etməsi gözlənilməz idi. Hiss olunurdu ki, hələ öz oyun ritminə düşə bilməyən ağdamlılar da bu pressinq qarşısında əziyyət çəkir, öz oyunlarını ortaya qoya bilmirdilər. Sonuncu dəfə “Qarabağ” Çempionlar Liqası çərçivəsində “Viktoriya Plzen” komandası ilə səfər oyununda belə vəziyyətlə üzləşmişdi. O zaman da çexlər ilk dəqiqələrdən geniş pressinqlə Ağdam kulubuna çətin anlar yaşatmışdılar. İndi isə eyni oyun üslubundan istifadə edən “Neftçi”13-cü dəqiqədə bunun bəhrəsini gördü və Cavid İmamverdiyev hesabı açdı.
 
Qoldan sonra da Elxan Abdulllayevin yetirmələri meydanda döyüşür, rəqibə “əl-qol açmağa” imkan verməməyə çalışırdı. “Neftçi” futbolçularında mübarizə əzmi yüksək səviyyədə idi. Komanda bütün zonalarda rəqibə pressinq tətbiq edir, topu ələ keçirdikdə isə sürətli oynamağa və ani hücumlar qurmağa çalışırdı. Komandanın fiziki cəhətdən də xeyli artırdığı müşahidə olunurdu. Ümumiyyətlə, “Neftçi”nin bu cür oynamasının əsas səbəbi o idi ki, yeni transferlərin hamısı təcrübəli idi və onlar öz liderlik keyfiyyətləri ilə komandanın ruhunu xeyli artırmışdılar. Meydanın mərkəzində komandanın “onurğa sütunları” - Ruslan Abışovla Zdenek Folprext oyun balansının qorunmasını, xətlərarası əlaqənin yaxşı səviyyədə olmasını təmin edirdilər. Müdafiənin mərkəzində isə Petrov-Dreksa tandemi “Neftçi” müdafiəsini bir “divar”a çevirməyi bacarmışdı. Qeyd etdiyim təcrübəli futbolçuların yanında Rəhman Hacıyev, Fəhmin Muradbəyli, Məqsəd İsayev kimi də “qaçan” gənclərin olması “Neftçi”nin oyun üslubunu tamamilə dəyişdirmişdi. Yeni transferlərdən yalnız Herrera ilə Navalovskinin bir qədər sönük təsir bağışladığını söyləmək olar. Herreranın komandaya tam uyğunlaşmadığı hiss olunurdu. Üstəlik, Cavid İmamverdiyevin də məcburiyyətdən hücumda oynadılması flaqmanın qol vurmaq potensialını azaldırdı.
 
İkinci yarıda “Neftçi” ilk hissədəki oyununu davam etdirməyə nail olmadı. Düzdür, komanda yenə zaman-zaman pressinq tətbiq edir və döyüşkən, sərt futbola üstünlük verirdi. Bununla belə, “Qarabağ”ın getdikcə təşəbbüsə yiyələnməsi və öz oyununu ortaya qoyması qonaqların işini xeyli çətinləşdirirdi. Nəticədə “Neftçi” daha çox arxaya çəkilməyə məcbur olmuşdu. Arxa xətdə isə komanda çox inamlı təsir bağışlayırdı. “Qarabağ” nə qədər çalışsa da, rəqib müdafiəsini yarmaqda çətinlik çəkirdi.
 
Qurban Qurbanov 62-ci dəqiqədə Rahid-Əfran dəyişikliyinə gedərək, yarımmüdafiənin sağ cinahını İsmayılova tapşırdı. Belədə Dani mərkəzə çəkildi ki, komandasının hücumdakı rəngarəngliyini artırsın. Bu dəyişiklik “Qarabağ”ın oyunu bir qədər də canlandırdı. Düzdür, yenə də oyun vəziyyətindən “Neftçi” müdafiəsini yarmaq mümkün olmadı, amma bununla belə penaltidən də olsa ağdamlılar məğlubiyyətdən qaça bildilər. Əslində son dəqiqələrdə “Qarabağ”ın daha bir qol vurmaq istəyi hiss olunurdu, amma hər halda, heç-heçəni ən ədalətli nəticə saymaq olar.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30