19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

İdman mətbuatı "Slima" - "Xəzər Lənkəran" və "Metallurq" - "Qarabağ" oyunlarından nə gözləyir?

Bu gün Azərbaycan klubları üçün 2013/14 mövsümündə avrokubok oyunları start götürür. İlk olaraq mübarizəyə "Xəzər Lənkəran" və "Qarabağ" qoşulacaq. Hər iki təmsilçimiz ilk matçını səfərdə keçirəcək. "Xəzər Lənkəran" Malta "Slima"sının, "Qarabağ" isə Makedoniya "Metallurq"unun qonağı olacaq. Bu oyunlarla bağlı məşqçilər, futbolçular, klub rəsmiləri, mütəxəssislər kifayət qədər fikir bildiriblər. Futbolxeber.az saytı öz növbəsində hər iki komandanın oyunu ilə idman mətbuatının nümayəndələrinin fikirlərini öyrəndi. Həmkarlarımıza konkret olaraq, 2 sual ünvanladıq.

1. "Qarabağ" və "Xəzər Lənkəran"ın Avroliqadakı ilk matçlarından nə gözləyirsiniz?

2. Sizcə, "Qarabağ" və "Xəzər Lənkəran" cütün taleyini ilk oyundaca həll edə bilər?

***

Saleh Arslan (Korner.az): "Hər iki komandanın bu mərhələni adlayacağına əminəm. "Qarabağ"ın rəqibi ötən görüşlə müqayisədə güclənib, bildiyim qədər. Buna görə müəyyən mənada "Qarabağ"ın səfər qələbəsinə inamım tam deyil. "Xəzər Lənkəran"ın isə Maltadan qələbəylə qayıdacağı ehtimalı daha çoxdu".

Elşən Məmmədov (Lent.az): "Hər iki komandadan qələbə gözləyirəm. İnanıram ki, həm "Qarabağ", həm də "Xəzər Lənkəran" cütün taleyini ilk oyundaca həll edə biləcək".

Anar Xanlarov (Sportinfo.az): "Gözləməyinə qələbə gözləyirəm. Amma hər iki komandamız üçün çətin olacaq. "Metallurq" kiməsə zəif görünə bilər. Lakin topla çox yaxşı davranan komandadır. "Slima" isə fərqli komandadır. Mən onların düşərgəsində olanları izləyirəm və deyərdim ki, heç bir həyəcan filan yoxdur. Bir növü əhlikef komanda təsiri bağışlayırlar. Ola bilsin ki, heç-heçə də etdilər. O ki qaldı ikinci suala, hər şey mümkündür amma mən buna inanmıram. Məncə cütün taleyinə ikinci oyunda aydınlıq gələcək".

Əli Həyati (Futbolmedia.az): "Qarabağ" ilk oyunda səfərdə heç heçə edəcək. "Xəzər Lənkəran" isə qələbə qazanacaq. Məncə, bu klublardan heç biri cütün taleyini elə ilk oyunda həll edə bilməyəcək".

İsmayıl Abdullayev ("İdman-Azərbaycan"): "Məncə, ilk baxışdan komandalarımızın ilkin rəqibləri münasibdir. İnşallah, birinci mərhələni itki olmadan keçərik. Fərqi yoxdur, cütün taleyi ilk oyunda həll olundu, ya da cavab matçında".

İlqar Tağıyev ("Het-trik news" qəzeti): "Hər iki klubumuzdan ən azı heç-heçə gözləyirəm. Nəyə görə heç-heçə? Çünki "Qarabağ" bir neçə əsas oyunçusu ilə vidalaşıb. Lənkəranlılar da yeni komanda qurmaqla məşğuldular. Bu mənada yeni futbolçuların komandaya adaptasiyasından çox şey asılı olacaq. Çox istərdim ki, hər iki klubumuz cütün taleyini ilk oyundaca həll etsin. Amma buna inanmıram. Mərhələni keçmələrinə isə heç bir şübhəm yoxdur".

Nurlan Hacıyev ("İdman-Azərbaycan"): "Tərəflərin güc nisbətini əsas götürsək, klublarımız səfərdən qələbəylə qayıtmalıdı. Amma bu gün artıq Avropanın əksər komandaları futbol oynamağı bacarırlar. Xüsusilə də meydan amili böyük rol oynaya bilər. Hər halda, bütün klublarımıza uğurlu olsun!"

Sənan Şəfizadə (ATV): "Hər iki oyunda Azərbaycan klublarının uğur qazanacağına inanıram. "Xəzər-Lənkəran" Maltada məsələni böyük ölçüdə həll etməlidi. Püşk üzümüzə gülüb, ona görə qalib gəlməyə borcluyuq. Onsuz da azarkeşlərimiz az hallarda sevinir. Məhz buna görə "Xəzər Lənkəran" bu şansı dəyərləndirməyə borcludu. İlk mərhələni keçmək hər bir komandamızın borcudu. "Qarabağ"a da eyni sözləri aid etmək olar. Amma "Qarabağ"ın işi bir qədər çətindi. Yəni, "Metallurq" Malta təmsilçisiylə müqayisədə daha güclü komandadı. Konkret nəticəyə gəldikdə, "Xəzər Lənkəran" və Qarabağ qalib gələcək. Amma ağdamlıların heç-heçə etmək şansı da var. "Xəzər Lənkəran" cütün taleyini ilk oyunda həll edə bilər. Çünki Con Toşak lazımı transferləri edir. Eyni zamanda risk etməyi sevən məşqçidi. Ona görə cənublulardan inamli qələbəni gözləmək olar. Amma "Qarabağ"ın risk edəcəyinə inanmıram. Onlar cütün taleyini Bakıda həll edəcək".

Vüsal Gözəlov (Stadium.az): "Püşk hər iki komandamız üçün uğurlu alınıb. Bu səbəbdən də həm "Xəzər Lənkəran", həm də "Qarabağ" mərhələni adlamalıdır. İnanıram ki, bu gün hər iki komandamız uğurlu nəticəyə imza ataraq, azarkeşləri sevindirəcək. "Qarabağ"la müqayisədə "Xəzər Lənkəran"ın cütün taleyini ilk oyundaca həll etmək şansı daha çoxdur. Hər iki komandamıza uğurlar arzu edirəm"

Şahin Zülfüqarov (Futbolxeber.az): "İlk növbədə hər iki komandamıza uğurlar arzu edirik. Əminəm ki, həm "Xəzər Lənkəran", həm də "Qarabağ" mərhələ adlayacaq. Yetər ki, rəqibə ciddi yanaşsınlar. "Xəzər Lənkəran" cütün taleyini elə ilk oyundaca həll edəcək. "Xəzər Lənkəran" bu gün ən azı 2 cavabsız qolla rəqibini üstələyəcək. O ki qaldı "Qarabağ"a, "Metallurq" zəif deyil. Amma ağdamlıların da səfərdən ən azı qollu heç-heçə ilə dönüb, evdə qələbə qazanacağına inanıram".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30