29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ” - “Sumqayıt” matçının taktiki təhlili

Azərbaycan Premyer Liqasında XV turunda “Qəbələ” doğma meydanda "Sumqayıt"la 1:1 bərabərə qalıb. 
 
Futbolxeber.az-ın məlumatına görə, "Extratime" saytının əməkdaşı Samir Vəliyev bu matçı taktiki cəhətdən təhlil edib. Sizi həmin materialla tanış edirik:
 
Roman Qriqorçuk taktiki sxemdə yenilik etməsə də, heyətdə 2 dəyişiklik diqqət çəkirdi. Cinah müdafiəçisi kimi tanıdığımız Ürfan Abbasov bu dəfə müdafiənin mərkəzində Vernidubla tandem təşkil edirdi. Gənc futbolçu limitinə uyğun gələn Tellur Mütəllimov isə müdafiənin sağında qərarlaşmışdı.
 
“Sumqayıt”a gəlincə, Samir Abasov yenə 5 müdafiəçili sistemə güvənmişdi. Ayaz Mehdiyevin yoxluğunda Kamran Abdullazadəyə şans verilmişdi. Əsas dəyişiklik isə yarımmüdafiədə edilmişdi. Yeni transfer Fərhad Qıstarov dayaq yarımmüdafiəçisi mövqeyində Yunanıstana yollanan Amit Quluzadənin yoxluğunu unutdurmalı idi. Yarımmüdafiənin sol cinahında isə Nicat Muxtarov şans qazanmışdı.
 
Komandaların taktiki sxemlərini və aradakı səviyyə fərqini nəzərə alsaq, ilk dəqiqələrdən “Qəbələ”nin böyük qüvvə ilə hücumlar qurması gözlənilən idi. Sumqayıtlılar isə xoşbəxtliyi əks-hücumlarda axtarmalı idilər. Lakin “Qəbələ” ilk dəqiqələrdən elə böyük təzyiq göstərdi ki, “Sumqayıt” meydanın özünə aid hissəsini belə keçməkdə çətinlik çəkirdi. Lakin meydan sahiblərinin çoxsaylı qol vəziyyətlərindən yararlana bilməməsi qonaqların bir qədər özünə gəlməsi ilə nəticələndi.
 
Fasilədə Samir Abasov Qıstarovun yerinə digər yeni transfer Sergey Çernışev meydana buraxdı. Bundan sonra Nicat Muxtarov mərkəzə keçdi, Sergey isə sol cinahda sürəti hesabına rəqibə “başağrısı” olmağa başladı. Samir Abasovun bu dəyişikliyi çox keçmədən öz bəhrəsi verdi. Məhz Çernışevin ötürməsindən sonra Məhəmməd Qurbanov hesabı açdı. Buraxılan qolda Ürfan Abbasovun səhvini xüsusi qeyd etmək lazımdır. Mərkəz müdafiəçisi kimi özünü doğrultmayan futbolçu əvvəlcə topu rəqibə “hədiyyə etdi”, ardından isə Məhəmmədin qarşını kəsə bilmədi.
 
Bundan sonra yenə də “Qəbələ” böyük qüvvə ilə hücumlar qurur, “Sumqayıt” isə əzmkarcasına müdafiə olunurdu. Düzdür, qəbələlilər tezliklə hesabı bərbarləşdirdilər, amma komanda son zərbələr baxımından çox effektsiz görünürdü. Komandasının oyununu gücləndirmək istəyən Roman Qriqorçuk əvvəlcə 62-ci dəqiqədə Kvekveskirinin əvəzinə Teo Uiksi meydana buraxdı. Lakin bu dəyişiklik, eləcə də 82-ci dəqiqədə Rəşad Sadiqovun əvəzinə Cavid Hüseynovun meydana çıxması komandanın oyununu gücləndirmədi. Yalnız Ruslan Qurbanovun əvəzinə 78-ci dəqiqədə meydana çıxan Araz Abdullayev fəallığı və təhlükəli zərbələri ilə yadda qaldı. Lakin həm onun, həm də digər ön xətt oyunçularının son nöqtəni qoya bilməməsi “Qəbələ”nin xal itirməsi ilə nəticələndi.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31