20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Ozancan Kökcünün atası: “Oğlumu səhv salıblar”

Azərbaycan millisində oynamaqla bağlı təklif alan “Feyenoord”un (Hollandiya) futbolçusu Ozancan Kökcünün atası Halis Kökcün “Qafqazinfo”ya maraqlı açıqlamalar verib. Futbolxeber.az sizi həmin müsahibə ilə tanış edir.
 
- Oğlunuzun millimizdən imtina etməsi düzdür?
- Xeyr, bu xəbər doğru deyil. O, Azərbaycan millisində oynamaqdan qürur duyur. Hollandiya mətbuatı yanlışlığa yol verib. Çünki kiçik oğlum Onur Hollandiya U-17 millisində çıxış edir. Bu səbəbdən də onları qarışdırıblar.
 
- Böyük oğlunuz Azərbaycan yığmasını seçdiyi halda kiçik oğlunuz niyə Hollandiya millisində oynayır?
- Çünki kiçik oğlum üçün Azərbaycandan təklif gəlmədi. Ozancan üçün təklif gəldi və qəbul etdik.
 
- Gəlsəydi, o da yığmamızı seçə bilərdi?
- Əlbəttə, o da qəbul edərdi. Onun yaşı azdır və tanınmır. Tanıyanda ona da təklif göndərəcəklər. Söhbət vətən, millət, qan olandan sonra bir söz deyilə bilməz. Milli komanda ürəkdən gələn duyğudur.
 
- Sizi Azərbaycana nə bağlayır?
- Bizim atalarımız Azərbaycandan gəlmədir. Əslimiz, kökümüz azərbaycanlıdır. Türk və ya azərbaycanlı fərq etməz.
 
- Hollandiyaya nə vaxt köçmüsünüz və Azərbaycanda nə qədər yaşamısınız?
- 1995-ci ildə Hollandiyaya köçmüşük. Azərbaycanda yaşamamışıq. Ordan köçmüşük. 
 
- Türkiyə millisinin baş məşqçisi Fatih Terimin də Ozancan üçün təklif göndərdiyi bildirilib...
- Ozancan Türkiyə U-16 millisində oynayıb. O zaman Hollandiya milli komandasından imtina etmişdi. Fatih Terim də oğlumu istədi. Fransada keçirilən Avropa çempionatına aparmaq üçün Terim bir gənc oyunçu seçməli idi. Emre Mor və Ozancan Kökcü arasında seçim edildi. Danimarkanın futbolunun səviyyəsi aşağı olduğu üçün Emre Mor oynadığı komandanın əsas heyətinə çıxarıldı. Ondan sonra Terim də onu milliyə dəvət edib Fransaya apardı. Bizə də deyildi ki, Ozancan da dəvət olunacaq. Sonra oğlum Türkiyə millisinin təlim-məşq toplanışına getdi. Orada ona edilən ayrı-seçkilikdən narahat olub qayıtdı. Sonra da Azərbaycan yığmasını seçdi.
 
- AFFA rəhbərliyi və ya baş məşqçi Robert Prosineçki ilə görüşmüsünüz?
- Yox. Onların köməkçiləri ilə görüşlərimiz olub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30