29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Feyenoord”un futbolçusu AFFA-nın arzusunu puç etdi

Azərbaycan millisində oynamaqla bağlı AFFA-dan təklif alan "Feyenoord"un gənc futbolçusu Ozancan Kökcü planları pozub. 
 
Futbolxeber.az-ın məlumatına görə, 18 yaşlı hücumameyilli yarımmüdafiəçi assosiasiyamızın dəvətini qəbul etməyib. O, Hollandiya yığmasından dəvət gözlədiyi üçün millimizdə oynamaqdan imtina edib.
 
“Feyenoord”un U-19 və U-21 komandalarında çıxış edən Ozancan  Hollandiyanın 17 yaşadək futbolçulardan ibarət millisinin də formasını geyib.
 
Xatırladaq ki, 2016-cı ilin sonlarında AFFA Ozancan Kökcüyə müraciət edərək onu millimizə dəvət etmişdi. Türkəsilli futbolçu bu təklifi qəbul edərək bu ay U-21 millimizin Antalyada keçirilən təlim-məşq toplanışına qatılmışdı. O, Qazaxıstana qarşı keçirilən yoxlama oyununda (2:2) bir qol da vurub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31