25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Azad Kərimov: “Bütün heyət şokdan ayıla bilmədi”

“Bu cür başlanğıcı heç kim gözləmirdi, xüsusən də biz futbolçular. Hamı “Kəpəz”in uğurlu çıxışına ümid edirdi, amma nəticə başqa cür oldu”. 
 
Futbolxeber.az-ın məlumatına görə, bu sözlər “Kəpəz”in əsas komandasının üzvü Azad Kərimova məxsusdur. Gənc müdafiəçi Premyer Liqanın XV turu çərçivəsində “İnter”ə  məğlubiyyət haqda danışarkən belə deyib. 
 
Kərimov klub saytına daha sonra bunları əlavə edib: “Bir-birindən fərqlənən iki hissə oldu. İlk yarıda yaxşı oynadıq, qol da vurduq. Fasilədən sonra “Kəpəz” özünə oxşamadı. Nə baş verdiyini, nə yaşandığını anlamadıq. Bütün heyət şokdan ayıla bilmədi. Biri var bir futbolçu oynamasın, biri də var ki, meydanda onların hamısı dayansın. Kollektiv şəkildə oynaya bilmədik. Qolları da ardıcıl buraxdıq. Bu, bizə böyük bir dərs oldu. Bundan nəticə çıxarmalıyıq”.
 
Bakı klubu ilə oyundan sonra keçirilən mətbuat konfransında “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev məğlubiyyətin səbəblərini futbolçularda yox, özündə axtardığını bildirmişdi. Kərimov isə fərqli düşünür: “Məğlubiyyətdə hamımızın səhvi var. Təkcə baş məşqçi günahı öz üzərinə götürməməlidir. Əsas futbolçulardır, çünki meydanda mübarizə aparan, qaçan biz idik. Şahin müəllim buna neyləsin? Məşqçi tapşırığını verir, yetirmələrinə yol göstərir. Taktiki göstərişlərə oyunçular əməl etməlidirlər. “İnter” ilə oyunun ilk yarısında son dəqiqəni çıxmaq şərtilə deyilənləri yerinə yetirdik. Amma fasilədən sonra hər şey dəyişdi. Hamı üçün soyuq idi. Biz isə sanki donmuşduq”.
 
Çempionatın XIV turunda “Kəpəz” doğma meydanda “Zirə”ni qəbul edəcək. Arxa xətt oyunçusu 2017-ci ilin ilk ev oyununda azarkeşləri sevindirəcəklərinə inandığını bildirib: “Məğlubiyyətdən nəticə çıxarmışıq. Ona görə də “Zirə” ilə oyuna ciddi hazırlaşırıq. Qələbə qazanmaqla yenilgini unutdurmaq istəyirik. Azarkeşlərimiz də bizdən ancaq qələbə gözləyir. Bunu yaxşı başa düşürük. İnşallah, oyunun hesabı da arzuladığımız kimi olar”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30