20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

AFFA Ramil Diniyevi səhv çıxardı: qərar ləğv olundu

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. 
 
Futbolxeber.az-ın məlumatına görə, toplantıda Topaz  Premyer Liqasının XV tur oyunları ilə bağlı da cəzalar açıqlandıb. Sizi həmin qərarlarla tanış edirik:
 
“Qəbələ” - “Sumqayıt” matçında qonaq komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
 
“Qarabağ” - “Neftçi” matçının 20-ci dəqiqəsində qonaq komandanın  azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub.
 
Oyunun 67-ci dəqiqəsində qonaq komandanın futbolçusu Rəhman Hacıyevə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə  hakim tərəfindən epizodu düzgün qiymətləndirilmədiyi səbəbindən ləğv olunub. 
 
Oyun bitdikdən sonra müəyyən olunmuşdur ki, “Neftçi” klubunun azarkeşləri tərəfindən stadionun 9 (doqquz) oturacağı sındırılmış və yararsız vəziyyətə düşmüşdür. Dəymiş zərərə uyğun olaraq “Qarabağ” klubunun təqdim edəcəyi məbləğ “Neftçi” klubu tərəfindən ödənilsin.
 
Qeyd edək ki, “Qarabağ” – “Neftçi” matçının baş hakimi Ramil Diniyev olub.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30