20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Qriqorçuk: “Belə penalti vermək gülməlidir”

"İştirak etmədiyin oyunları müzakirə etmək istəmirsən. "Qarabağ" - "Neftçi" matçını izləyərkən adamda ümumi bu cür təəssürat yarandı ki, hakimliklə bağlı belə hallar təkrarlanarsa, Azərbaycan çempionatı digər insanların gözündən düşəcək".
 
Futbolxeber.az-ın məlumatına görə, bu fikirləri sportnet.az-a açıqlamasında "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk bildirib. Azərbaycan Premyer Liqasının son turunun mərkəzi qarşılaşması olan "Qarabağ" - "Neftçi" matçında baş hakim Ramil Diniyevin idarəçiliyinə toxunan ukraynalı mütəxəssis səhvlərin qarşısının alınmasının vacibliyindən danışıb: "Əks halda, bizim də iştirakçısı olduğumuz Premyer Liqaya başqa cür baxacaqlar. Buna görə də belə anların bir daha olmamasına çalışmalıyıq. Çünki bu cür səhvlər bütün çempionat üçün rüsvayçıdır. Ona görə də təcili bunun qarşısını almaq lazımdır. Əks halda, Azərbaycan Premyer Liqasının nüfuzu aşağı səviyyəyə düşəcək. Bu zaman çempionatın nüfuzunun yüksəlməsindən söhbət gedə bilməcəyək. Hər şey əks istiqamətə gedəcək". 
 
Qrqiorçuk, konkret olaraq, Diniyevin "Neftçi"nin qapısına təyin etdiyi və "Qarabağ"ın məğlubiyyətdən yaxa qurtardığı penalti epizodlarına da toxunub: "Əslində, oyundakı hakim qərarlarını müzakirə etmək istəməzdim. Ancaq siz soruşdunuzsa, cavabımı belə verim: Hesab edirəm ki, əllə oyuna görə təyin olunan penalti heç cür penalti deyil. Mən müzakirə mövzusu olan digər epizodlardan heç danışmaq istəmirəm. Belə penalti vermək gülməlidir. Bu epizoddakı hakim qərarını görən bütün insanlar güləcəklər. Belə səhvlər təkrarlansa, artıq bütün çempionata güləcəklər". 
 
Ukraynalı baş məşqçi 1 ay öncə "Qarabağ"a 1:2 hesabı ilə məğlub olduqları, FİFA referisini Rəhim Həsənovun səhvləri olan matçı xatırlayıb: "Həmin oyunda hakimlikdən çox narazı idik. Biz belə baxmalı deyilik ki, bu səhvlər sadəcə, təsadüfdür. Onların təsadüf olmadığına əminəm. Biz bütün tədbirləri görməliyik ki, belə hakim səhvləri birdəfəlik aradan götürülsün". 
 
Peşəkarlığı əsas götürən heç bir klub belə hakim səhvləri ilə qalib gəlmək, mövsümdə böyük uğurlar qazanmaq istəməz. Qriqorçuk bu fikri dəstəklədiyini söyləyib: "Şəxsən mən heç istəmərəm ki, xeyrimizə belə hakim səhvləri olsun, belə penaltilər təyin edilsin. Yaxud çempionatda digər hansısa böyük uğura belə səhvlərin nəticəsində nail olmağı qətiyyən istəmərəm. Mən başa düşürəm ki, bu, heç bir kluba lazım deyil. Çünki elə mənfur bir şeydir ki, sonra insanlar səni qınayacaqlar. Sən uğur qazanırsan, ancaq həmin epizodlar, hakim səhvləri xatırlanır. Bu zaman istənilən adama xoş olmayacaq". 
 
Maraqlıdır, Diniyev "Qəbələ"nin qarşıdakı oyunlarına təyinat alsa, ukraynalı mütəxəssisin mövqeyi necə olacaq, buna etiraz edəcəkmi? "Uzun müddətdir əleyhimizə çox hakim səhvi olub. Biz də buna etirazımızı bildirmişik. Sadəcə, müraciət edirik ki, referilərin belə səhvləri bir daha təkrarlanmasın. Qoy, hamı hakimlik etsin. Mən başa düşürəm ki, onlar hakimlik etməli, öyrənməli, daha yüksək səviyyəyə çıxmalıdırlar. Mən də hakimlərə buna nail olmalarını, işlərində uğurlar arzulayıram. Belə səhvlər isə aşağı səviyyə yox, sadəcə, biabırlıçıqdır".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30