20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Çixradze: "Heyət baxımdan çatışmamazlıqlar var"

Türkiyədə yeni mövsümə hazırlıqlarını davam etdirən “Simurq” qardaş ölkədəki ilk yoxlama görüşünü “Spartak-Nalçik”lə keçirdi. Futbolxeber.az-ın məlumatına görə, qarşılaşmadan sonra komandanın baş məşqçisi Georgi Çixradze oyun və yetirmələrinin hazırlıq durumu haqqında fikirlərini klubun rəsmi saytına bildirib: “Bir həftədir burdayıq. İntensiv olaraq məşqlərimizi davam etdiririk. Birinci oyunumuz idi. Əlbəttə, məğlub olmaq istəməzdik. İlk hissədə rəqibə daha yaxşı müqavimət göstərdik. Futbolçularım bunun öhdəsindən layiqincə gələ bildi. Ancaq fasilədən sonra yorğunluq öz sözün dedi. Çünki bizdə heyət baxımdan çatışmamazlıqlar var. Hazırda bununla bağlı işlərimizidə davam etdiririk. Rəqibimiz isə artıq hazırlıqlarını tamamlayıb. Sabahdan ölkələrinə qayıdırlar və demək olar ki, tam çempionata hazır komandadır. “Spartak-Nalçik” bizim üçün çox yaxşı rəqib idi. Çünkü komandamın hazırkı hazırlıq durumunu daha real görə bildim. Ancaq heçnəyə baxmayaraq ilk hissədəki oyundan razıyam. Düşünürəm ki, qarşıda bizim hələdə vaxtımız var. Çatışmamazlıqları aradan qaldıra biləcəyik”. 

- See more at: http://simurqpfk.az/az/read/1055.html#sthash.m6kXWpTr.dpuf




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30